Əfqanıstan: "İnsanların çoxu həyatları üçün qorxur"
Taliban Əfqanıstanı ələ keçirdikdən sonra ölkənin terror mərkəzi olmayacağını və qadınlara Şəriət qaydalarına uyğun azadlıq veriləcəyini deyib. Həyatın tədricən normala qayıtdığı paytaxt Kabildə sakinlər formalaşdırılacaq hökumətin qadınlar, insan haqları və siyasi azadlıqlar üçün necə olacağını təşvişlə gözləyirlər.

