Taliban nəzarəti ələ keçirdikdən sonra Kabildə həyat - şəkillərdə

Talibançılar Kabili tutduqdan sonra təhlükəsizlik tədbirlərini gücləndirir və yerli sakinlərə heç bir təhlükə olmadığını bildirirlər. Lakin sakinlərin bir çoxu ölkəni tərk etməyə çalışır.

Taliban döyüşçüsü

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Taliban döyüşçüsünün bu fotosu 16 avqustda çəkilib.
Taliban

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Taliban döyüşçüləri Kabildə yol hərəkətinə nəzarət edir, maşınlar axtarılır
Taliban döyüşçüsü

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, "Taliban hər yerdədir, əvvəllər rəsmi polis və ya ordu barrikadaları olan keçid məntəqələrindədir," BBC jurnalisti Malik Mudassir deyir
Kabil hava limanının uçuş zolağı - 16 avqust 2021-ci il

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kabil hava limanının uçuş zolağında oturmuş insanlar təyyarə gözləyirlər
Kabil hava limanının uçuş zolağı - 16 avqust 2021-ci il

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kabil hava limanında izdiham - əfqanların bir çoxu ölkəni təcili olaraq tərk etməyə çalışır
İnsanlar Kabil hava limanının ərazisinə keçməyə çalışırlar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İnsanlar Kabil hava limanının ərazisinə keçməyə çalışırlar
Əfqanlar ABŞ hərbi təyyarəsinə minməyə çalışırlar.

Şəklin mənbəyi, Naməlum

Şəklin alt yazısı, ABŞ hərbi təyyarəsinə minə bilməyən sakinlər
Qaliblərə çoxlu hərbi qənimət çatıb

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Əfqan ordusu taliblərə ciddi müqavimət göstərməyib. Talibana çoxlu hərbi qənimət çatıb
Talibançılar Hammer hərbi maşınında

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qənimətlər arasında ABŞ hərbi avtomobilləri də var
Kabila hava limanında ABŞ hərbçiləri

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kabildə qalan ABŞ hərbçiləri ölkəni tərk etmək istəyənlərin izdihamına görə hava limanının müdafiəsini təşkil etmək məcburiyyətində qalıblar
Əfqan təhlükəsizlik qüvvələri Kabildə keçik çəkir - 15 avqust 2021-ci il

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bazar günü Kabil küçələrində hələ əfqan təhlükəsizlik qüvvələrin əməkdaşları keşik çəkiblər. Taliblər bildiriblər ki, "şəhəri silah gücünə yox, dinc yolla alınması barədə danışıqlar aparmaq niyyətindədirlər"
Britaniya 600 əsgərlik qüvvə göndərib

Şəklin mənbəyi, Leading Hand Ben Shread/MoD/Crown Copyright

Şəklin alt yazısı, Britaniya öz vətəndaşlarının ölkədən evakuasiyası üçün Kabilə 600 əsgərlik qüvvə göndərib
Əfqan ailəsi Kabili tərk edir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Əfqanlar Kabili hələ Taliban şəhəri tutmamışdan əvvəl tərk etməyə başlayıblar. Bir çoxları özləri ilə apara biləcəkləri hər şeyi götürüblər.
Kabildə banka düzülmüş növbə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Şəhərdə qalanlar banklardan pullarını çıxarmağa tələsirlər. Kabildə artıq nağd pul çatışmazlığı hiss olunur
Kabildə xarici diplomatların qaldığı "yaşıl zona" bazar günü axşamadək tamamilə boşalıb

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kabildə xarici diplomatların qaldığı "yaşıl zona" bazar günü axşamadək tamamilə boşalıb
Kabildəki yolkənarı kababxana

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kabildəki bu yolkənarı kababxana öz işini davam etdirir