Earth Photo 2021 müsabiqəsinin qalibləri elan olunub

Selamaw, Meselech, Marco

Şəklin mənbəyi, Rosie Hallam

Efiopiyalı bir ailənin necə təhsil almasını əks etdirən layihə Earth Photo 2021 müsabiqəsinin qalibi elan olunub.

Rosie Hallam-ın "Təhsil hüququ" adlı işi, kiçik yaşından məktəbdə oxuyan ailənin ilki - Selamaw-i, onun anası Meselech-i və atası Marko-nu göstərir.

Ailə bir təhsil proqramında iştirak edir və fermerlərlik əməyi hesabına dolanır.

Bu silsilə İnsanlar kateqoriyası üzrə də qalib elan olunub.

"Gender bərabərliyi"

"Təhsil həm əsas insan hüququdur, həm də yaxşı bir sərmayədir", Hallam deyib.

"Bu, inkişaf üçün vacibdir və sosial rifahın, iqtisadi artımın və təhlükəsizliyin, gender bərabərliyinin və sülhün təməlini qoymağa kömək edir."

İngiltərə Meşə və Kral Coğrafiya Cəmiyyəti müsabiqənin final mərhələsinin qaliblərini 6 kateqoriya üzrə 55 fotoşəkil və 4 filmdən ibarət bir siyahıdan seçib..

Müsabiqənin məqsədi

  • Ətraf mühitə həsr olunmuş ən yaxşı vizual medianı nümayiş etdirmək
  • Dünya və onun sakinləri bərədə müzakirələri təşviq etmək
3D landşaft rekonstruksiyası, Yosemite, California

Şəklin mənbəyi, Edward Bateman

Şəklin alt yazısı, 3D landşaft rekonstruksiyası, Yosemite, California

Edward Bateman-ın Qışda Yosemite Yarım Günbəzi Yer kateqoriyasında qalib gəlib.

Covid məhdudiyyətləri milli parka səyahəti mümkünsüz etdiyindən, fotoqraf bu mənzərəni özünün mətbəx masasında 3D printer vasitəsilə yaradıb. Bu zaman müəllif ABŞ Geoloji Monitorinq (USGS) xidmətinin coğrafi məlumat bazasından və kiçik bir duman yaradan cihazdan istifadə edib.

Geotermal qaynaq

Şəklin mənbəyi, Markus van Hauten

Şəklin alt yazısı, Geotermal qaynaq

Markus van Hauten-in İslandiyada çəkdiyi Mavi Hovuz adlı geotermal qaynaq mənzərəsi Təbiət kateqoriyasında qalib elan olunub.

Üzümlüklər, İspaniya

Şəklin mənbəyi, Roberto Bueno

Şəklin alt yazısı, Üzümlüklər, İspaniya

Roberto Bueno-nun "Bağa bənzər meşə" mənzərəsində İspaniyada insanın saldığı üzüm sahələri meşə ilə örtülmüş yamaclarının fonunda lentə alınıb. Bu foto Dəyişən Meşələr kateqoriyasının qalibi olub.

Yerli sakin - Fuvemeh, Ghana

Şəklin mənbəyi, Antonio Perez

Şəklin alt yazısı, Yerli sakin - Fuvemeh, Ghana
Yerli sakin - Fuvemeh, Ghana

Şəklin mənbəyi, Antonio Perez

Yerli sakin - Fuvemeh, Ghana

Şəklin mənbəyi, Antonio Perez

Antonio Pérezin "Dəniz bizi hərəkətə gətirir, Fuvemeh, Ghana" adlı silsiləsi Qərbi Afrikada sahil eroziyasının birbaşa və ya əhəmiyyətli dərəcədə təsirinə məruz qalmış fərdlərin portretləri əsasında yaradılıb. Bu fotosilsilə İqlim Dəyişikliyi kateqoriyasında qalib gəlib.

Video kateqoriyasında Pierpaolo Mittica-nın "Semipalatinsk poliqonu" adlı qısametrajlı filmi qalib gəlib. Bu film Soyuq Müharibə dövrünə aid nüvə silahı sınaqlarının insan və ekoloji fəsadlarından bəhs edir.

Earth Photo müsabiqəsinin final mərhələsi üçün seçilmiş foto və videolar Londonda Kral Coğrafiya Cəmiyyətinin Pavilyonunda avqustun 25-dək sərgilənəcək.

Bütün fotoşəkillər Londondakı Kral Coğrafiya Cəmiyyətinə məxsusdur.