Şəkillər: Şotlandiya təbiət fotoşəkilləri müsabiqəsinin mükafatçıları

Şəklin mənbəyi, Phil Johnston
Yay mövsümünü cüyür ailəsinin çəkilişinə həsr etmiş kişi ötən ilin Şotlandiya Təbiət Fotoqrafı fəxri adına layiq görülüb.
Phil Johnston qələbəyə layiq görülmüş Cüyür Balasının Gülü adlı fotonu evinin yanında lentə alıb.
"Kameramla təbiət səhnələrini izləməyi sevirəm. Həmin gün iyul ayının əvvəlində cüyür ailəsini bir neçə saat idi ki. izləyirdim - ətrafda tülkü də gözə dəymişdi", - Phil Johnston deyir.

Şəklin mənbəyi, Kaitlyn Clark
"Təxminən bir saatdan sonra hündür otların arasından səs gəldi və cüyür göründü. Cüyür otun üstündəki gülləri dərib dərhal çeyniyib yeyirdi, - Phil Johnston xatırlayır. - Cüyür gözdən itənədək 3-4 kadr çəkə bildim. Heyrətamiz anlar idi".

Şəklin mənbəyi, Toby Houlton

Şəklin mənbəyi, Andras Sandor
Şotlandiyada doqquzuncu dəfədir ki, keçirilən fotoşəkillər müsabiqəsində bütün dünyadan olan peşəkar və həvəskar fotoqrafçılar iştirak edib.
Ətraf mühit, bitkilər, abstrakt, vəhşi təbiət və landşaft mövzularında təqdim olunmuş işlər arasında qalibləri Raymond Besant, Jamie Grant və Niall Irvine seçiblər.

Şəklin mənbəyi, Wojciech Kruczynski


Şəklin mənbəyi, Jean Robson

Inverness şəhərindən 8 yaşlı Kaitlyn Clark gənc fotoqraflar üçün mükafata layiq görülüb.
Müsabiqənin ən gənc iştirakçısı olan Kaitlyn bu mükafata kürən dələni çəkə bildiyinə görə layiq görülüb.

Şəklin mənbəyi, Charly Schleder

Şəklin mənbəyi, Roger Lever

Şəklin mənbəyi, Colin Campbell
"Mən təbiəti sevirəm və valideyinlərimlə təbiət səyahətlərinə çıxmaqdan ləzzət alıram", - Kaitlyn mükafatı alarkən deyib.
Münsiflər heyəti qeyd edib ki, Kaitlyn-in çəkdiyi şəkillərdə kompozisiya və işıq balansı qaydaları yüksək dəqiqliklə təmin edilib.

Şəklin mənbəyi, David Perpiñán

Şəklin mənbəyi, Martin Gibb
Bütün şəkillər müəlliflik hüququ ilə qorunur.





