Edinburq Hersoqu Şahzadə Philip-in dəfn mərasimi keçirilib

Kraliça II Elizabeth-in həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Philip-in dəfn mərasimi keçirilib.
Müqəddəs George kilsəsindəki mərasim zamanı Windsor dekanı Şahzadə Philip-in "xeyirxahlığını, yumor və insanlığını" xatırlayıb.
İştirakçılar pandemiya qaydalarına uyğun olaraq sosial məsafəni gözləyib və Kraliça tək əyləşib.

Şəklin mənbəyi, PA MEDIA
Dəfn mərasimi ilə bağlı ölkə boyunca bir dəqiqəlik sükut elan olunub. Tədbirə qatılan Hersoqun övladları onun tabutunun ardınca hərəkət ediblər.
Onun tabutu, Hersoqun özünün də hazırlanmasında iştirak etdiyi Land Rover avtomobili ilə qısa məsafədə yerləşən Müqəddəs George kilsəsinə aparılıb.

Şəklin mənbəyi, PA Media
Avtomobilin arxasında, ilk sırada Şahzadə Anne, Şahzadə Charles, onların ardınca isə Şahzadə Edward-la Şahzadə Andrew gəliblər. Öz bibisi oğlu - Peter Phillips-lə yanaşı gələn Şahzadə William və Şahzadə Harry üçüncü sırada olublar.
Tədbirdə silahlı qüvvələrin 730-dan çox üzvü iştirak edib, lakin koronavirusla bağlı məhdudiyyətlərə görə Müqəddəs George kilsəsində keçiriləcək mərasimə yalnız 30 nəfər qatılıb.
Şahzadə Philip aprelin 9-da, 99 yaşında vəfat edib.


Kraliça həyat yoldaşının dəfn mərasimində iştirak etmək üçün Windsor qəsrindən yola düşüb.
Şahzadə Philip-in vəfat etdiyini elan etdikdən sonra o, ilk dəfədir ki, rəsmi olaraq ictimaiyyət arasında görünür.

Şəklin mənbəyi, BBC

Hərbi orkestr Hersoqun seçdiyi musiqini ifa edərkən əsgərlər boyun əyib və cənazəni gətirmək üçün istifadə olunan Land Rover əraziyə daxil olub.
Hersoqun Windsor Qəsrindəki tabutu qaldırılaraq Dövlət Girişinə və ordan da Müqəddəs George kilsəsinə doğru aparılıb.
Kral ailəsinin üzvləri tabutun arxasınca gediblər.
Cənazə Land Rover-dən endirildikdən sonra Müqəddəs George Kilsəsinin Qərb Pilləkənlərinə aparılıb.
Vida mərasiminə Mühafizə alayının orkestri, hərbi komandirlər və Silahlı Qüvvələrin Qərargah rəisləri başçılıq ediblər.

Tədbir Bakı vaxtilə saat 18:00-da milli sükutla başlayıb və tabut Kilsənin içinə aparılıb.
Milli sükut anının başlanğıcı və sonu Britaniya və Cəbəllütariqin doqquz yerində odlu silahdan açılan atəşlə qeyd olunub.

Şəklin mənbəyi, Reuters
Kilsə Xorunun ifası sədaları altında tabut xidmət müddəti boyunca qalacaq postamentə doğru aparılıb. Kraliyyət ailəsinin üzvləri Kilsədəki Xor yerinə doğru irəliləyiblər.
Kilsə Xoru William Croft-un "Cənazə Cümlələri"nin bir hissəsini səsləndirib.
Windsor dekanı tərəfindən aparılan dəfn mərasiminə Canterbury Baş Yepiskopu isə dualar oxuyub.
O, Şahzadə Philip-in "xeyirxahlığını, yumor və insanlığını" və "bir çox cəhətdən bizə xeyirxahlıq bəxş edən onun uzun ömrünü" təqdir edib.
"Biz onun Kraliçamıza olan sonsuz sədaqətindən, millətə və Birliyə xidmətindən, cəsarətindən, mətinliyindən və inancından ilham aldıq".
Şahzadə Philip-in Kral Donanmasına bağlılığı və dənizə vurğunluğu da diqqət mərkəzində olub, amma onun öz istəyilə moizə oxunmayıb.
Kraliça kilsənin Altarı yaxınlığında, Xor yerinə yaxın yerdə əyləşib. Onunla üzbəüz, qarsı tərəfdə, Cornwall Hersoginyası və Wales Şahzadəsi oturub.
Kraliçaya ən yaxın yerdə, ondan iki oturacaq aralıda isə York Hersoqunu görmək olardı.
Hersoqun tabutu Müqəddəs George Kilsəsində, Kraliyyət Sərdabəsinə endirilib.
Kraliyyət Ailəsi kilsəni tərk edib. Xor milli himni oxuyub və dəfn mərasimi başa çatıb.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, PA Media

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, PA Media

Şəklin mənbəyi, Reuters

Mərasimdə Şahzadə Philip-in Kraliçaya "sonsuz sədaqəti", "millətə xidməti" və cəsarəti xatırlanacağı elan edilib.
Şahzadə Philip-in Kral Donanmasına bağlılığı və dənizə vurğunluğu da diqqət mərkəzində olacaq.
Dəfn mərasimində Kraliça və Hersoqun dörd övladı, Wales Şahzadəsi, Kraliyyət Şahzadəsi, York Hersoqu, Wessex Qrafı və səkkiz nəvəsi qatılıb, lakin daha gənc nəticələrdən heç biri iştirak etməyib.
Kral ailəsinə mənsub övladların həyat yoldaşları və nəticələri toplanan izdiham arasında olublar.
Lakin onların arasında Sussex Hersoqunun həyat yoldaşı olmayıb. ABŞ-da olan Sussex Hersoqinyası hamilədir və həkimlər ona Britaniya uçmamağı tövsiyə ediblər.
Mərasimə qatılanlar arasında Kraliçanın bacısı Şahzadə Margaret-in övladları və Şahzadə Philip-in üç alman qohumu var - Badenin vəliəhd Şahzadəsi Bernhard, Hessenin Şahzadəsi və Landqrafı Donatus və Hohenloh-Lanqenburqun Şahzadəsi Philipp.
Şahzadə Plilip-in cənazəsi mərasimdən əvvəl Windsor Qəsrinin xüsusi kilsəsindən gətirilərək onun daxili zalında saxlanılıb.
Onun tabutu, Hersoqun özünün də hazırlanmasında iştirak etdiyi Land Rover avtomobili ilə qısa məsafədə yerləşən Müqəddəs George kilsəsinə aparılıb.

Şəklin mənbəyi, PA Media






