Edinburq Hersoqu Şahzadə Philip-in həyatı - Şəkillərdə

Edinburq hersoqu, 1977
Şəklin alt yazısı, Şahzadə Philip, 10 iyun 1921-ci ildə yunan adası Korfuda doğulub. Onun əcdadları arasında Danimarka, Almaniya, Rusiya və Böyük Britaniyanın kral ailələrini görmək mümkündür
16 yaşlı Prince Philip Gordonstoun-da

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Philip dövrün tanınmış müəllim-novatoru sayılan Kurt Hahn tərəfindən əsası qoyulan Şotlandiyanın Gordostoun məktəbində təhsil alıb. Şahzadə özünü güclü idmançı kimi inkişaf etdirə bilib
Edinburq hersoqu dənizçi geyimində

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, İkinci Dünya Müharibəsi ərzində Aralıq dənizi donanmasının döyüş gəmisi "Valiant"da xidməti zamanı o, 1941-ci ildə Matapan burnu döyüşündəki roluna görə fərqlənib. Həmin vaxt Şahzadə Philip qardemarin kimi hərəkət edib. İtalyan donanması Yunanıstanda tələyə salındıqda, Philip axtarış işıqlarının düşməni işıqlandırması əmrini verib. Sonralar bu, memuarlarda xatırlanıb.
Şahzadə Philip və Şahzadə Elizabeth

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Philip ilə şahzadə Elizabeth ilə nişanlanması 1947-ci ilin iyununda elan olunub
Şahzadə Philip və Şahzadə Elizabeth-in toy fotosu

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Onlar həmin il noyabrın 20-i ailə qurublar
Şahzadə Philip at belində

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə burada Roehampton Kubokunun yarı finalında Cowdray Park üçün polo oynayarkən görünür. O, Britaniyanın aparıcı polo oyunçularından biri idi.
1951-ci ildə fotoqraf Edunburq şahzadəsinin Türkiyədə Mərmərə dənizinin çimərliyində su xizəyindən atıldığı anı tutub

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 1951-ci ildə fotoqraf Edinburq hersoqunun Türkiyədə Mərmərə dənizinin çimərliyində su xizəyindən atıldığı anı tutub
Edinburq hersoqu kriket oynayır

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadənin digər məşğuliyyətlərindən biri də kriket idi. Şəkildə, şahzadə və Sussex qraflığının komandasından ibarət İngiltərənin kriket üzrə keçmiş yığma komandası təsvir olunub
Şahzadə Philip ailəsi ilə
Şəklin alt yazısı, Şahzadə və Kraliçanın dörd övladı var. Fotoda soldan sağa: Edward, Andrew, Anna və Charles Windsor-da gəzintidə
Kraliça və Şahzadə Philip

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Philip və kraliça evliliklərinin Gümüş ildönümünü Balmoral qalasında qeyd ediblər
Şahzadə Philip və kraliça Elizabeth

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1977-ci ildə kraliça, gümüş yubileyini qeyd edib - tacqoyma mərasiminin 25-ci ildönümü. Bu fotoda onlar kivi tüklərindən tikilmiş Maori milli geyimindədirlər. Yubiley turu çərçivəsində onlar Yeni Zelandiyanın Polineziya festivalının açılışında iştirak ediblər
Şahzadə Philip və Kraliça Elizabeth

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Eyni ildə onlar "Britaniya" kral yaxtasında Barbadosa yola düşüblər. Yolda onlar "Concord" avialaynerinə əl ediblər
Edinburq hersoqu Mountbatten-in tabutu yanında

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Avqust ayında Kraliçanın qohumu lord Louis Mountbatten İRO (İrlandiya Respublikaçı Ordusu) tərəfindən yerləşdirilən bombanın partlaması nəticəsində ölür. Bundan xəbər tutan Edinburq şahzadəsi Şimali Fransada, Normandiyada qatıldığı at yarışlarından ayrılıb İngiltərəyə qayıdır
Duke of Edinburgh sitting atop an elephant while visiting the Kanha Game Reserve, 1983

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Edinburq Hersoqu ömrü boyu təbiəti və onun mühafizəsini xoşlayıb və onun Dünya Vəhşi Həyat Fondunun beynəlxalq prezidenti olması təbii bir seçim kimi görünürdü.
Kral ailəsi Buckingham sarayının balkonunda

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1985-ci ildə kral ailəsi gənc şahzadə William da daxil olmaqla, Buckingham sarayının balkonunda "Qırmızı Oxlar" tədbirini izləyirlər
Şahzadə Philip və Nelson Mandela

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1966-cı ildə hersoq Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela-nın Böyük Britaniyaya dövlət səfəri çərçivəsində fəxri qarovul zamanı
Şahzadə Philip və Kraliça Elizabeth

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Philip 70 ildən çox kraliça II Elizabeth-n etibarlı dəstəkçisi olub. O, 2002-ci il Qızıl Yubileyində də Kraliçanın yanında olub
Edinburq hersoqu gənclərlə görüşür

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1956-cı ildə Edinburq hersoqu gənclərin imkanlarının artırılması ilə bağlı proqramın əsasını qoyub. Fotoda şahzadə 2010-cu ildə mükafatı qazanan gənclərlədir
Şahzadə Philip at yarışlarında

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Hersoq həyatının sonrakı dövrlərində də idmanla məşğul olub. Foto 2005-ci ildə Sandringham-da çəkilib
Kral ailəsi Buckingham sarayının balkonunda

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 2011-ci ildə minlərlə insan Edinburq hersoqunun nəvəsi şahzadə William ilə Kate Middleton-n toyunu görmək üçün Buckingham sarayının qarşısına toplaşıb
Şahzadə Philip

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bir il sonra şahzadə xanımının Brilyant Yubileyi çərçivəsində kral barjı "Spirit of Chartwell"-də Kraliçanı müşayiət edərkən gümrah görünürdü. Kraliça və Şahzadə Temza çayı üzərində min ədəd gəmi və qayığın müşayiəti ilə bir neçə kilometr üzüblər. Lakin yubiley konsertindən qabaq iyulun 4-ü şahzadə, sidik kisəsi infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilir
Şahzadə Philip və qızı Anne

Şəklin mənbəyi, Alex Livesey / Getty Images

Şəklin alt yazısı, Sağaldıqdan sonra Şahzadə Philip qızı Şahzadə Anne ilə birlikdə London Olimpiadasını izləyənlər arasında idi. O, Böyük Britaniyanın atcılıq üzrə olimpiya yığmasına azarkeşlik edirdi. Yığmanın tərkibində nəvəsi Zara Phillips də iştirak edirdi
Queen Elizabeth II and the Duke of Edinburgh as they attend a service at Westminster Abbey in central London to mark the 60th anniversary of the Queen's coronation

Şəklin mənbəyi, Jack Hill/The Times/PA

Şəklin alt yazısı, 2013-cü ilin iyununda hersoq Westminster Abbey-də Kraliçanın Tacqoyma mərasiminin 60-cı ildönümü münasibətilə kilsə mərasiminə qatılıb
Signing the visitors book at Hillsborough Castle, Belfast

Şəklin mənbəyi, Brian Lawless / PA

Şəklin alt yazısı, 2014-cü ildə o, Kraliçanı Şimali İrlandiya turunda müşayiət edib. Bu fotoda Belfastdakı Hillsborough Castle-də ziyarətçilər kitabını imzalayarkən təsvir edilib
Lighting beacon at Windsor Castle

Şəklin mənbəyi, Jonathan Brady /PA

Şəklin alt yazısı, Edinburq Hersoqunun müşayiət etdiyi Kraliça II Elizabeth Windsor qalasında Avropada Qələbə Gününün 70-ci ildönümünə həsr olunmuş 200-dən çox mayakdan ilkini yandırır
The Duke of Edinburgh (left) and the Prince of Wales, during a visit to Poundbury, a new urban development on the edge of Dorchester, October 2016

Şəklin mənbəyi, Andrew Matthews / PA

Şəklin alt yazısı, Hersoq və oğlu Charles Dorchester kənarındakı Poundbury şəhərsalma ərazisində Kraliçanın açdığı Ana Kraliçanın heykəlini ziyarət edərkən məzəli hadisə paylaşdıqları görünür
Queen Elizabeth II and the Duke of Edinburgh with an elephant at ZSL Whipsnade Zoo, where they officially opened the zoo's new Centre for Elephant Care as part of a visit to Bedfordshire

Şəklin mənbəyi, Chris Radburn / PA

Şəklin alt yazısı, 2017-ci ilin aprelində Hersoq həyat yoldaşını Bedfordshire-dakı ZSL Whipsnade Zooparkında yeni Fillərə Qayğı Mərkəzini açmaq üçün müşayiət edib. Hərçənd ki, may ayında 95 yaşında ikən o elan edib ki, kraliçanın tam dəstəyi ilə ictimai işlərdən uzaqlaşır
Queen Elizabeth II and the Duke of Edinburgh observing a minute's silence at the start of a garden party at Buckingham Palace in London, 23 May 2017

Şəklin mənbəyi, Dominic Lipinski / PA

Şəklin alt yazısı, 23 May 2017-ci ildə Buckingham Sarayının bağında keçirilən tədbirin əvvəlində Hersoq Kraliça ilə birlikdə Manchester-də Ariana Grande konsertində öldürülənlərə hörmət olaraq bir dəqiqəlik sükut edir
Edinburq hersoqu

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Philip tarixdə Şahzadə-konsort (kraliçanın yoldaşı) vəzifəsini daşıyan ən uzun müddətli şahzadədir