Covid-19 peyvəndi: ABŞ AstraZeneca-nın təhlükəsiz olduğunu təsdiq edib

Şəklin mənbəyi, Reuters
ABŞ-da 32000-dən çox könüllünün iştirak etdiyi Oxford-AstraZeneca peyvəndinin sınaqdan keçirilməsinin çoxdan gözlənilən nəticələri təsdiqlənib.
Peyvəndin sınaqlarında əsasən ABŞ-da və eləcə də Çili və Peruda 32 mindən çox könüllü iştirak edib.
AstraZeneca peyvəndi simptomatik Covid xəstəliyini dayandırmaqda 79 faiz və insanların ağır xəstələnməsinin qarşısını almaqda 100 faiz effektiv olduğunu göstərib.
Eyni zamanda AstraZeneca-nın tromboza səbəb olması da aşkar olunmayıb.
Bu nəticələr bir qədər əvvəl peyvəndin fəsadlar verə biləcəyindən narahat olan Aİ ölkələrini AstraZeneca ilə vaksinasiyanın keçirilməsini davam etdirməyə arxayın etməlidir.
Bu arada Britaniyanın Baş naziri Avropadan Covid-19 peyvəndlərinin Britaniyaya ixracının qadağasının qarşısını almaq üçün Aİ liderləri ilə telefon danışıqları aparmağı planlaşdırır.

Şəklin mənbəyi, Getty Images
Aİ liderləri cümə axşamı günü Britaniya üçün Oxford-AstraZeneca peyvəndinin ixracının dayandırılmasını müzakirə etmək məqsədi ilə virtual iclas keçirəcəklər - ancaq Baş nazir Boris Johnson həmin görüşə qədər bu məsələni təkbətək telefon danışıqları yolu ilə müzakirə etməyi planlaşdırır.
Avropa Komissiyası ötən həftə Aİ-nin Avropada istehsal olunan peyvəndlərin Britaniyaya göndərilməsinin dayandırıla biləcəyini qeyd etmişdi.
Britaniya hökümətinin naziri Aİ-nin üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirməsinin vacib olduğunu söyləyiblər.
Britaniyanın Səhiyyə və Sosial Qayğı naziri Helen Whately, Aİ-ni öhdəliklərini yerinə yetirməyə və "vaksin millətçiliyi və proteksionizmə" yol verməməyə çağırıb.

Şəklin mənbəyi, Getty Images
Avropa İttifaqının (Aİ) və Britaniyanın tibbi tənzimləyici qurumlarının gəldiyi nəticəyə əsasən, Covid-19-a qarşı Oxford-AstraZeneca peyvəndinın tromboza səbəb olmasına dair heç bir dəlil-sübut yoxdur.
Son günlərdə, bu peyvənd vurulduqdan sonra bəzi insanlarda trombozun müşahidə edilməsi xəbərlərindən narahat olmuş Avropa ölkələri AstraZeneca-nın istifadəsini müvəqqəti dayandırdıqdan sonra onun tətbiqini yenidən bərpa ediblər.
Son günlərdə, bu peyvənd vurulduqdan sonra bəzi insanlarda trombozun müşahidə edilməsi xəbərlərindən narahat olmuş Avropa ölkələri AstraZeneca-nın istifadəsini müvəqqəti dayandırdıqdan sonra onun tətbiqini yenidən bərpa ediblər.
Aİ və Britaniya tənzimləyiciləri qeyd ediblər ki, son zamanlarda immunizasiya olunmuş çox az sayda insanın beynində nadir hallarda müşahidə edilən tromboz forması - beyin sinus damarın trombozu (CSVT) ilə qarşılaşdıqları barədə xəbərlər alınıb.
Britaniyada, peyvənd alan 11 milyon insan arasında beşində - biri ölümcül olmaqla - CSVT hadisəsinin müşahidə edildiyi bildirilib.
Avropa Dərman Agentliyi (EMA) CSVT haqqında daha 13 məlumat alıb.

Şəklin mənbəyi, Getty Images
Tənzimləyicilərə görə, təbii səbəblərdən baş verə bilən həmin hadisələrin AstraZeneca peyvənd ilə əlaqəsi müəyyən olunmayıb.
AstraZeneca ilə bağlı hərtərəfli araşdırma aparmış EMA insanların bu peyvəndin təhlükəsizliyinə və faydasına əmin ola biləcəklərini bildirib.
Tənzimləyici qurumlar bu peyvəndlə bağlı vaəziyyəti izləməyə davam edəcəklərini bildirirərək, peyvənd vurulduqdan sonra qeyri-adi qın sızmaları, bədəndə göyərmələr və ya davamlı baş ağrısı kimi simptomların baş verdiyi hallarında dərhal tibbi müayinədən keçməyi tövsiyə ediblər.
Eləcə də Covid-19 infeksiyasının ciddiliyi və tromboz yaranma riskini artıra biləcəyi də qeyd olunub.

Şəklin mənbəyi, Reuters
Bu arada Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, Avropada Covid peyvəndi təchizatının yaxşılaşmayacağı təqdirdə, "vaksinasiya səviyyəsi Avropadan yüksən olan ölkələrə peyvənd ixracının mütənasibliyi üzərində" Aİ-nin düşünməli olacağını vurğulayıb.
Britaniya qəzetlərinin yazdığına görə, Ursula von der Leyen vəziyyətin düzəlməyəcəyi halda, Avropada istehsal olunan AstraZeneca vaksininin Britaniyaya ixracının dayadırıla biləcəyini istisna etməyib.
Vaksin ixracı ətrafında baş verən diplomatik qalmaqal Brexit-dən sonra Aİ ilə Britaniya arasındakı münasibətlərdə baş verən gərginliyi daha da gücləndirib.
Ursula von der Leyen, Aİ-nin hələ də Britaniyadan vaksin ixracını gözlədiyini və bu məsələdə qarşılıqlı addımların atılmasını istədiyini söyləyib.
Avropa Şurası prezidenti Charles Michel keçən həftə bildirib ki, Britaniya petvəndlərin və onların komponentlərinin ixracına "birbaşa qadağa" tətbiq edir.
Lakin Britaniya heç bir qadağanın hökumət tərəfindən qoyulmadığını və qeyd olunan bəyanatın "tamamilə yalan" olduğunu bildirərək rədd edib.

Şəklin mənbəyi, Reuters
Ötən gün Britaniyanın Baş naziri Boris Johnson Covid-19-a qarşı Oxford-AstraZeneca peyvəndinin ilk dozası ilə vaksinasiya olunub. Peyvəndi vurdurduqdan sonra Baş nazir əhalini də eyni addımı atmağa çağırıb. Boris Johnson deyib ki, peyvənd vurdurduqdan sonra o, "heç bir şey hiss etməyib".
Boris Johnson-a peyvənd Londonun mərkəzindəki St Thomas hospitalındavurulub, pandemiyanın ilk dalğası zamanı Covid-19 infeksiyasına yoluxmuş Britaniyanın Baş naziri məhz həmin xəstəxanada müalicə olunmuşdu.
Britaniyanın baş nazırı hamıya vaksinasiya olunmağı məsləhət görüb.







