65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Bu gündən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır.

Bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.

Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım edəcək.

Bu barədə BBC News Azərbaycancaya Səhiyyə Nazirliyi açıqlama verib.

Qurum BBC News Azərbaycancanın sualına cavab olaraq bildirir ki, 65 yaş üstü olub, kompüterdən istifadə etməyən şəxslər yaşadıqları əraziyə üzrə poliklinikalara zəng etməlidirlər.

"Zəng etsinlər lazım olan məlumatları versinlər, poliklinika özü onları sistemdə qeydiyyata alacaq. Ondan sonra da lazım olan vaxt onlara SMS və ya zənglə bildiriş gələcək, onlar da yaxşınlaşacaqlar peyvəndi vurdurmağa," qurum bildirir.

Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms-lə məlumat veriləcək və onlar yalniz bundan sonra peyvəndin birinci dozasını vurdura bilərlər.

İkinci dozanın vurulma tarixi və digər məlumatlar isə vətəndaşlara tibb məntəqəsində veriləcək "Məlumat forması"nda öz əksini tapacaq, həm də onlara sms-lə ikinci dozanın vurulma tarixi bildiriləcək.

Səhiyyə Nazirliyi bu barədə əlavə məlumatların yaxın günlərdə veriləcəyini bildirir.

Bundan başqa, artıq Azərbaycanda səhiyyə işçilərinin 70 faizinin COVID-19 əleyhinə vaksinasiyadan keçdiyi açıqlanıb.

Covid peyvənd vaksin

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images