Ermənistanda "dövlət çevrilişi" cəhdi? Ordu Paşinyanın istefasını tələb edir

Paşinyan

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/Getty Images

Yerevanda müxalif qüvvələr parlament binasına girişləri bağlayıb, parlament binası yerləşən Marşal Bağramyan prospekti iki tərəfdən zibil qutuları və skamyalardan barrikadalar qurulub.

Müxalifət nümayəndələri parlament binası yaxınlığında çadırlar qoyub, Paşinyanın istefasına nail olmayınca burada qalacaqlarını deyirlər.

Müxalifət tələb edir ki, millət vəkilləri Paşinyana impiçment elan etmək üçün gəlib iclas keçirsinlər.

Etirazçılar parlament binası yerləşən Marşal Bağramyan prospektində qalacaqlarını deyirlər.

Şəklin mənbəyi, yerevan.today

Şəklin alt yazısı, Etirazçılar parlament binası yerləşən Marşal Bağramyan prospektində qalacaqlarını deyirlər.

Paşinyan yürüş keçirib

Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan öz tərəfdarları qarşısında Respublika meydanında etdiyi çıxışından sonra Yerevanın mərkəzi küçələri ilə yürüş keçirib.

O, tərəfdarları qarşısına çıxaraq deyib ki, Ermənistanda vəziyyət "gərgin, lakin idarəolunandır".

Paşinyan əlavə edib ki, Ermənistanda silahlı qüvvələr "xalqa və hökumət başçısına tabedir".

Paşinyan Baş qərargah rəisi Onik Qasparyanın vəzəfədən azad edilməsi haqqında sərəncam verdiyini deyib.

O vurğulayıb ki, "hakimiyyət xalqa məxsusdur, onu xalq legitim seçkilər nəticəsində seçib və yalnız xalqın seçimi ilə hakimiyyət dəyişikliyi baş verməlidir".

Silahlı Qüvvələri baş qərargah rəisi tərəfindən də imzalanmış Paşinyanın və onun hökumətinin istefasını tələb edən bəyanatı Baş nazir Paşinyan "hərbi çevriliş cəhdi" adlandırıb.

"Ölkə daxilində bizim düşmənimiz yoxdur. Lakin müzakirə ediləsi məsələlər var. Hər şey dinc yolla həll olunmalıdır".

Paşinyan deyib ki, o, və ailə üzvləri ölkəni "heç bir halda tərk etmək niyyətində deyil" və bildirib ki, mitinqdə ən kiçik azyaşlı qızından başqa bütün ailə üzvləri iştirak edib.

Mitinq tribunasından Paşinyan ordu zabit, əsgər və generallarına "öz işləri ilə - sərhədlərin müdafiəsi və ərazinin bütövlüyü ilə" - məşğul olmaq əmri verib.

Ermənistan Baş naziri siyasi qüvvələri küçə aksiyalarına son qoymağa və danışıqlara başlamağa çağırıb.

Onun sözlərinə görə, müxalifət "daima mitinqlər keçirməməlidir" və əlavə edib ki, hakimiyyət də "izdihamlı aksiyalar təşkil etmək iqtidarındadır".

"Siz siyasi bəyanatlar hüdudunu aşsanız, biz qanun üzrə tutub saxlamağa başlayarıq".

Paşinyan Baş qərargah rəisi Onik Qasparyan istefa verdikdən sonra, ölkədə vəziyyəti sahmana salmaq məqsədilə, hakimiyyətə müxalif ən radikal siyasi qüvvələrlə belə konsultasiyalara başlamağa hazır olduğunu bildirib.

"Heç kəs xalqın hakimiyyətini korrupsiyalaşmış rejimə güzəşt etməyəcək və məxməri inqilaba son qoyulacaq" - Paşinyan hakimiyyətin qanun çərçivəsində daha sərt mövqe tutacağını qeyd edib.

Bu, onun sözlərinə görə, ölkədə qanunun aliliyinə üstünlük verilməsi deməkdir.

Ermənistan

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/Getty Images

"Dövlət çevrilişinə cəhd"

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edib.

Nikol Paşinyan xalqa müraciət edib və Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı bəyanatı "dövlət çevrilişinə cəhd" kimi qiymətləndirib.

Videogörüntülərdə yürüşdə iştirak edən insanların səsləndirdiyi "Nikol-Baş nazir" şüarından başqa "Nikol-satqın" şüarları da eşidilir.

Paşinyan onu müşayiət edən jurnalistlərə deyib ki, hərbi çevriliş haqqında bəyanatı "emosional" olub və əlavə edib ki, "hər şey etmək lazımdır ki, toqquşmaya yol verilməsin".

"Silahı qüvvələr xalqa və Baş nazirə tabe olur, başqa cür ola bilməz", - Nikol Paşinyan söyləyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Respublika meydanında baş verənləri müşahidə edən erməni jurnalist Mark Qriqoryan bu vaxta qədər 500 nəfərin oraya gəldiyini, ancaq vəziyyətin çox tez dəyişə biləcəyini deyib.

Paşinyana sadiq oliqarxların öz işçilərini meydana qovacağına inanılır - bu isə minlərlə insan deməkdir.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Paşinyan tərəfdarları və müxaliflər arasında əlbəyaxa döyüş gedib.

Daşnakların Ali Orqan nümayəndəsi İşxan Sağatelyan tribunadan "Türksüz Ermənistan" deyə qışqırıb.

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Baş qərargahı dəstəkləyən bəyanat yayıb və hökuməti istefa verməyə çağırıb.

"Karnegi Avropa"nın Qafqaz üzrə mütəxəssisi Thomas de Waal deyib ki, "Ermənistanın uzun müddətdir davam edən böhranı pis vəziyyətə dönür".

"Ordu həmişə siyasətdən kənarda qaldığı üçün təhlükəli dönüşdür. Paşinyan indi vəzifəsində qalmaq üçün kilsə və prezident daxil olmaqla bütün elitaya qarşı durmağa çalışır. Həmişəki kimi, dəstək üçün küçə gücünə müraciət edir", - Thomas de Waal Twitter hesabından yazıb.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Rəsmi Kreml Ermənistandakı hadisələrin gedişatını "narahatlıqla izlədiyini" bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib ki, Rusiya bu məsələni "Qafqazda çox vacib və yaxın müttəfiqləri olan Ermənistanın müstəsna olaraq daxili işi" hesab edir.

O qeyd edib ki, Rusiya hamını "sakitləşməyə" çağırır.

Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla Ermənistandakı vəziyyəti müzakirə edib.

Lavrov Rusiyanın məsələlərin "sülh yolu ilə həllinə ümid etdiyini" bildirib.

Sergey Lavrov da məsələnin "Ermənistanın daxili işi olduğunu" qeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevandakı hadisələrdən "son dərəcə narahat olduğunu" bildirib.

"Şiddətin olmaması vacibdir. Həll edilməli olan aydın daxili problemlər olsa da, nə hərbi, nə də digər təhlükəsizlik strukturları siyasi prosesə qarışmalıdır", - Toivo Klaar Twitter hesabından yazıb.

Paylaşımını ötürün X, 3
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 3

"Çox təhlükəli gərginlik"

Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosian Türkiyənin Anews kanalına deyib ki, Yerevanda baş verənlər "çox təhlükəli, ciddi və görünməmiş gərginlikdir".

"Bu, Qarabağ müharibəsində gözlənilməz itkilərin ardından Baş nazir Nikol Paşinyan və hökumətinin istefasına səslənən, əvvəlcədən mövcud olan siyasi böhranın artmasıdır. Ancaq görünməmiş bir şey, ordunun demokratik yolla seçilmiş hökumətə açıq meydan oxumasıdır. Bu, illərlə davam edən sabit mülki-hərbi münasibətlərdən və silahlı qüvvələr üzərində mülki nəzarətdən sonra görünməmiş bir şeydir".

Richard Giragosian hesab edir ki, Nikol Paşinyan küçəyə çıxmaqla "səhv edir" və qeyd edir ki, bu, "vəziyyətin daha da gərginləşməsinə və nəzarətdən çıxmasına" səbəb ola bilər.

O, bu halın Ermənistan "qeyri-sabitliyə" gətirib çıxara biləcəyini söyləyib.

"Hərbi çevriliş cəhdi yalnız Baş nazirin ittihamlarıdır, başqa heç kimin. Maraqlısı odur ki, Ermənistanın simvolik Prezidenti Baş qərargah rəsinin işdən çıxarılmasını hələ təsdiqləməyib. Burada daha geniş siyasi qarşıdurmalar ola bilər".

İlham Əliyev Ermənistandakı hadisələr barədə

Ermənistanı bu vəziyyətə salan onların rəhbərləridir, - Prezident İlham Əliyev Ermənistanda baş verən hadisələr barədə deyib.

"İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdı. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri - Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət", - Azərbaycan Prezidenti cümə axşamı günü bildirib.

Prezident söyləyib ki, Ermənistanın müttəfiqləri onların ordusunu "yenidən canlandırmaq və modernləşdirmək istəyir" və sual edir ki, müharibə başa çatdığı halda ordu "nəyə görə və kimə qarşı" canlanacaq?

İlham Əliyev deyib ki, Azərbaycan yenidən təhlükə yaranmasına "heç vaxt imkan verməyəcək".

"Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər", - cənab Əliyev söyləyib.

Nə baş verib?

Baş Qərargah rəisi, onun müavinləri, idarə başçıları və iri hərbi birləşmələri komandanlığı tərəfindən imzalanmış bəyanatda deyilir ki, Baş Qərargah bəsirətsiz və əsassız addımlar, xüsusilə, baş qərargah rəisinin birinci müavininin (Tiran Xaçatryanın) vəzifədən azad edilməsinə qarşı qəti etirazını bildirir, "Sputnik Armeniya" yazır.

Hərbçilər Tiran Xaçatryanın azad edilməsi qərarının Ermənistanın "milli və dövlət maraqları nəzərə alınmadan qəbul olunduğunu" bildirirlər.

"Hazırkı kimi ağır bir şəraitdə belə bir qərarın qəbul olunması anti-dövlət və məsuliyyətsiz addımdır. Silahlı Qüvvələr uzun müddət mövcud hakimiyyətin orduya qarşı qəsdlərinə səbirlə yanaşıb, lakin hər şeyin həddi var. Ermənistan Silahlı Qüvvələri xalqla çiyin-çiyinə öz vəzifələrini şərəflə yerinə yetirib, düşmənlə vuruşub. Mövcud hakimiyyətin səmərəsiz idarəçiliyi və xarici siyasətdə yol verdiyi son dərəcə ciddi səhvləri ölkəni məhv həddinə çatdırıb", - bəyanatda deyilir.

Paşinyan Facebook vasitəsilə xalqı "bir qrup hərbçilərin dövlət çevrilişi cəhdinə qarşı" Respublika meydanına meydana çıxmağa çağırıb, orada baş qərargah rəisinin 1-ci müavini Tiran Xaçatryanın vəzifədən azad etməsini və bu gün baş qərargah rəisi Onik Qasparyanın azad etməsinə sərəncamını izah edəcəyini deyib.

Onik Qasparyan dünən verdiyi müsahibələrin birində Nikol Paşinyan "İskander" kompleksinin səmərəsiz işləməsinə dair bəyanatını şübhə altına qoyub.

Ermənistan Prezidenti Armen Sarkisyan Onik Qasparyanın istefası barədə qərarı hələ ki, imzalamayıb.

Nikol Paşinyan ötən ilin noyabrında Qarabağda atəşkəsə dair bəyanatı imzaladıqdan sonra Ermənistanda onun istefası tələbi ilə kütləvi etiraz aksiyaları başlayıb. Bu aksiyalardan biri dünən Yerevanın ən böyük universitetlərinin yaxınlığında keçirilib.

yerevan, etiraz, Paşinyan, bu gün

Şəklin mənbəyi, Lusi Sargsyan/Getty Images

BBC News Ruscanı hərbi məsələlər üzrə müxbiri Pavel Aksenov izah edir

Ermənistandakı siyasi böhrana səbəb verən Nikol Paşinyanın Rusiyanın "İskander" raket sistemlərinin "etibarsızlığı" barədə fikirləri hərbi mütəxəssislərdə çaşqınlıq yaradıb.

Paşinyan deyib ki, Rusiyanın "İskander" komplekslərinin raketləri "ya partlamayıb, ya da 10% partlayıb". O, 1in.am-a verdiyi müsahibəsində, keçmiş Prezident Serj Sarkisyanın Ermənistanın müharibənin ilk günlərində "İskander"dən istifadə edə biləcəyi, lakin istifadə etməməsi barədə açıqlamasına şərh verərkən bu barədə danışıb.

Rusiyalı mütəxəssislər onların "kifayət qədər etibarlı" sistemlər olduğunda israr edirlər. Ermənistan Baş Qərargah rəisinin müavini Tiran Xaçatryan Yerevan.Today-ə verdiyi şərhində Baş nazirin "raketin 10 faizinin partlaması" tezisinə diqqət çəkib. Jurnalistlər hərbi rəhbərin güldüyünü və bunun "ciddi olmadığını" söylədiyini yazıblar. O bundan sonra işdən qovulub.

Hesab edilir ki, Ermənistan müharibə zamanı 2016-cı ildə Rusiyadan gətirilən bir "İskəndər E" raketi ata bilərdi. Atıcı qurğuların sayı açıqlanmasa da, ondan azı dörd ədəd olduğu ehtimal edilir.

Jurnalistlərə "İskander"dən istifadə barədə açıqlamanı müharibə bitdikdən sonra, Nikol Paşinyanla münaqişədə olan Ermənistan Ordusunun general-polkovniki Movses Hakobyan vermişdi. Raketin noyabr ayında atılması barədə məlumatı Ermənistan hökumətindəki bir mənbə BBC-yə təsdiqləyib.

Raket atışı uğursuz olsa da, Nikol Paşinyan bu barədə cəm olaraq danışıb.

Rusiyalı hərbi mütəxəssis Viktor Muraxovski Ermənistanın "İskander"dən istifadəsinə dair dəlil olmadığını iddia edir, amma deyir ki, raket partlayışından sonra həmişə qırıntıları yerdə qalır və bununla da raketin növünü müəyyənləşdirmək asandır: "Mütəxəssislər Elbrusun harda, Toçkanın harda, İskanderin harda olduğunu aydın şəkildə ayıra bilirlər.

Rusiya raketlərinin etibarlılığına gəldikdə, onun sözləri ilə desək, bu, erməni hərbçiləri tərəfindən alış zamanı Rusiya poliqonlarında həyata keçirilən praktik atışlarla, eləcə də kompleksin Gürcüstan və Suriyadakı istifadəsi ilə təsdiqlənib.