İsrail Qərb Sahilini işğal edir: Qərb Sahili nədir?

Videonun alt yazısı, İsrail Qərb Sahilini işğal edir: Qərb Sahili nədir?

İsrail Baş nazirinin Qərb Sahilinin hissələrini ilhaqı planları barədə bütün dünyada narahatlıq ifadə olunub.

Benjamin Netanyahu bir iyula qədər Qərb Sahili barədə və orada nələrin baş verəcə biləcəyi haqqında bəyanat verməlidir.

Qərb Sahili İsrail və İordan çayı arasında dar, əsasən, təpəli ərazidir. Bu ərazi İsrail ilə fələstinlilər arasında yaranmış dərin uçurumun mərkəzindədir.

1967-ci ildə Yaxın Şərq müharibəsindən bəri bu torpaq İsrail tərəfindən işğal olunub.

Bundan əvvəl həmin ərazi İordaniya, daha əvvəl Britaniya, ondan da əvvəl isə Osmanlı İmperiyası tərəfindən idarə olunurdu.

1967-ci ilin müharibəsindən sonrakı illərdə israilli mülki əhali – köçkünlər - Qərb Sahilində məskunlaşmağa başladılar.

Onlar bunu qədim, dini vətənlərinə gecikmiş qayıdış hesab edirlər. Əvvəl bu proses yavaş gedib, lakin 1980-ci illərin ortalarından sonra getdikcə güclənib.

Tez bir zamanda bütün Qərb Sahili boyu qəsəbələr peyda olub.