İranda zəlzələ, "100 yaşında" olan kişi Covid-19-dan sağalıb, təcavüzdə təqsirləndirilən pornoulduza 90 ilədək həbs verilə bilər

Aba Tilahun in hospital

Şəklin mənbəyi, Hana Atsbeha

Şəklin alt yazısı, Aba Tilahun Woldemichael-ın 114 yaşı var, ailəsi deyir

İranda zəlzələ, "100 yaşında" olan kişi Covid-19-dan sağalıb, təcavüzdə təqsirləndirilən pornoulduza 90 ilədək həbs verilə bilər - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.

"100 yaşı" olan kişi Covid-19dan sağalıb

Ən azı 100 yaşında olduğu güman edilən Efiopiyalı kişinin koronavirusdan müalicə olunub sağalması "inanılmaz" hadisədir, həkimlərdən biri BBC-yə deyib.

Ailəsinə əsasən, Aba Tilahun Woldemichael-ın 114 yaşı var, lakin bu iddianı təsdiq edən doğum şəhadətnaməsi yoxdur.

80 yaşdan yuxarı insanlar virusun təsirinə daha həssas sayılır.

İranda 4.3 bal gücündə zəlzələ baş verib

Şənbə günü İranın cənubundakı Kirman əyalətinin Həcdək bölgəsində 4.3 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 12:18-də qeydə alınıb. Zəlzələnin mərkəzinin 6 km dərinlikdə yerləşdiyi bildirilir.

Ölüm və dağıntılar barədə məlumat verilməyib.

Evdən işləyənlərə qarşı haker hücumları ilə bağlı xəbərdarlıq

Kibertəhlükəsizlik şirkəti Symantec, haker hücumlarının artması təhlükəsi barədə xəbərdarlıq edir.

Şirkət hesab edir ki, hücumların arxasında Rusiya ilə əlaqəli olan Evil Corp. adlı hakerlər qrupu durur.

ABŞ hüquq-mühafizəçilərinə əsasən, qrupun lideri rusiyalı Maksim Yakubetsdir.

Ona və başqa bir rusiyalı - İqor Turaşevə qarşı, keçən ilin dekabrında fırıldaqçılıqla bağlı ittihamlar irəli sürülüb

ABŞ Dövlət Departamenti, onların həbsinə kömək edəcək məlumat üçün 5 milyon dollar mükafat elan edib.

Ron Jeremy

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ron Jeremy

Ron Jeremy: Təcavüzdə günahlandırılan pornoulduza 90 ilədək həbs cəzası verilə bilər

1970-ci illərdən bəri 2000-dən çox filmdə rol almış 67 yaşlı Ron Jeremy (Əsl adı Ronald Jeremy Hyatt-dır), porno sənayesində ən böyük adlardan biri kimi tanınır.

Dörd qadının şikayətinə əsaslanan ittihamlar 2014-2019 illəri əhatə edir.

Cümə günü Ron Jeremy özünü günahkar tanımadığını deyib.

Təqsirkar tanındığı təqdirdə ona 90 ilədək həbs cəzası verilə bilər.