Donald Trump sosial şəbəkələrə dair fərman imzaladı. Bu nə deməkdir?

Şəklin mənbəyi, Getty
ABŞ prezidenti Donald Trump sosial şəbəkələrlə bağlı bəzi hüquqi mühafizənin götürülməsini hədəfləyən fərman imzalayıb.
O, fərmanı imzalayarkən deyib ki, sosial media platformaları senzura və istifadəçilərinin rəylərini redaktə etməkdə "yoxlanılmayan gücə" sahibdirlər.
Prezident Trump müntəzəm olaraq Twitter və Facebook kimi platformaları "mühafizəkar rəyləri boğmaqda" ittiham edir.
Fərmanın hüquqi çətinliklərlə üzləşəcəyi gözlənilir. Hüquq mütəxəsisləri bildiriblər ki, sosial media platformaları haqqında olan hüquqi mühafizə anlayışının dəyişməsi üçün ABŞ Konqresi və ya məhkəmə sistemi məsələyə cəlb olunmalıdır.
Bu fərmandan əvvəl, Twitter Prezident Trump-ın paylaşdığı iki tvitə faktlara uyğun gəlməmək etiketini qoymuşdu.
Trump "Twitter" administrasiyasının faktlara uyğun hesab etmədiyi paylaşımlarda poçtla səsvermənin genişləndirilməsinin böyük saxtakarlıqlara yol aça biləcəyini yazmışdı. Ancaq ABŞ-da bu cür səsvermə təcrübəsiylə bağlı araşdırmaların hamısında fırıldaqçılıq hallarına nadirən rast gəlindiyi qeyd olunub.
Twitter və başqa sosial şəbəkələr fərmanı tənqid ediblər.
Cümə günü səhəri Twitter Trump-ın başqa bir tvitini "şiddəti tərifləmək" etiketi ilə gizlədib.
Fərmanda nə deyilir?
Qərar bəzi hallarda Facebook, Twitter və YouTube kimi onlayn platformalara hüquqi mühafizə verən ABŞ-ın "Rabitə Dürüstlüyü Qanununa" aydınlıq gətirmək məqsədini daşıyır.
Qanunun 230-cu maddəsinə əsasən, sosial şəbəkələr istifadəçilər tərəfindən yerləşdirilən məzmuna görə məsuliyyət daşımır, əksinə ədəbsiz, təcavüzə səsləyən və ya zorakı məzmunu silmək kimi işlə məşğul ola bilərlər.
Hazırkı qanuna görə sosial media platformaları hüquqi məsuliyyət daşıyan "yayımçı" deyillər və bu fərman qüvvəyə minərsə, belə platformalar istifadəçilərin yüklədikləri məlumatlara görə "məsuliyyət" daşımalı olacaqlar.
Trump-ın son fərmanının məhkəməsinə çıxarılması gözlənilir.
Trump çərşənbə günü "SpaceX" şirkətinin kosmik gəmisinin startına baxmaq üçün (Pis hava şəraitinə görə uçuş sonradan təxirə salınıb) Floridaya getməzdən əvvəl də sosial şəbəkələri qərəzlilikdə ittiham edib.
Mövzunu özünün Twitter profilində davam etdirən Amerika prezidenti paylaşımlarından birini bu cümləylə bitirib: "Onlar artıq tamam DƏLİ OLUBLAR. Hadisələrin davamını izləyin!!!"
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
Trump "Twitter" administrasiyasının faktlara uyğun hesab etmədiyi paylaşımlarda poçtla səsvermənin genişləndirilməsinin böyük saxtakarlıqlara yol aça biləcəyini yazmışdı. Ancaq ABŞ-da bu cür səsvermə praktikasıyla bağlı araşdırmaların hamısında fırıldaqçılıq hallarına nadirən rast gəlindiyi qeyd olunub.
"Biz bütün dünyadakı seçkilərlə bağlı doğru olmayan və mübahisə doğuran informasiyalara diqqət yetirməyə davam edəcəyik" - bunu isə "Twitter"in rəhbəri Jack Dorsey yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
Daha sonra Trump eyni məzmunda statusu "Facebook"da da yazıb. Bu şəbəkədə ona xəbərdarlıq edən olmayıb.
"Facebook"un baş direktoru Mark Zükerberq çərşənbə günü konservativ "Fox News" kanalına verdiyi müsahibədə deyib ki, hökumət senzura barədə düşünsə də, özünün belə bir addım atması "doğru refleks" olmaz. Müsahibənin tam mətni cümə axşamı yayımlanacaq.
Öz platformasında saxta profillərə və dezinformasiyanın yayılmasına imkan yaratdığına görə "Twitter"i bundan əvvəllər də tənqid edirlər. May ayının əvvəllərindən etibarən şəbəkə bu sahədə mübarizə metodlarını sərtləşdirib.
ABŞ-ın tənzimləmə orqanları bu ölkənin "Apple", "Google", "Facebook" və "Amazon" kimi texnologiya nəhənglərində monopoliya hallarının və istifadəçi təhlükəsizliyinin qorunması səviyyəsiylə bağlı araşdırma aparırlar.







