You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Müsəlmanlar Ramazan ayını koronavirusa görə təcrid olunmuş şəraitdə qeyd edirlər
Dünya boyu milyonlarla müsəlman bu il Ramazan ayını qeyd etmək üçün müxtəlif yollar axtarıb tapır.
Səbəb koronavirus epidemiyasının qarşısını almaq məqsədi ilə müxtəlif ölkələrdə tətbiq edilən məhdudiyyətlərə görə məscidlərin bağlanması və yığıncaqların qadağan edilməsidir.
Ramazan ayında dünyanın 1,8 milyardlıq müsəlman əhalisi gün doğandan batana qədər oruc tutur.
Ailələr və dostlar adətən iftar açmaq və namaz qılmaq üçün bir yerə yığışır. Lakin bu il müsəlmanlar bu müqəddəs ayı evlərində keçirməlidirlər.
Ramazan İslam təqviminin doqquzuncu ayıdır və bu il cümə axşamı günündən başlayıb.
Qüdsdəki (Yerusəlim) əl-Əqsa məscidi kompleksi mart ayının ortalarından etibarən möminlər üçün bağlanıb və Ramazan ayında açılmayacaq.
Pandemiya hətta Səudiyyə Ərəbistanında, Məkkədə İslamın ən müqəddəs məbədlərinin də fəaliyyətinə təsir edib.
Bütün fotolar müəlliflik hüququ ilə qorunur.