Koronavirus: İtaliyanın Bergamo şəhərində morqlarda yer qalmayıb, meyitlər hərbi avtomobillə daşınır

Bergamo şəhərində dəfn

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Övgü Pınar
    • Vəzifə, Roma

Koronavirusla bağlı ölümlərin 3 minə yaxınlaşdığı, yoluxma hallarının 35 mini keçdiyi İtaliyanın epidemiyanın ən çox təsir etdiyi Bergamo şəhərində dəfn mərasimlərini çatdırmaq olmur.

Dünən axşamdan meyitlər hərbi avtomobillə başqa şəhərlərə daşınmağa başlanıb.

Lombardia regionunda yerləşən Bergamo şəhərində qəbristanlıq yaxınlığında sıra ilə düzülmüş hərbi avtomobillərin görüntüləri bu gün bir çox italyan qəzetində yer alıb.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Bergamo şəhərində dəfn və kremasiya proseduru üçün gözləyən tabut sayı son günlərdə çox artdığına görə, 65 tabut digər şəhərlərə göndərilib.

İtaliyada cəsədin yandırılması proseduru olan kremasiya geniş yayılıb. Koronavirus epidemiyası ilə mübarizə çərşivəsində dəfn mərasimləri qadağan edilib, buna görə də dəfn proseduruna çox az insan qatıla bilir.

Ölən insanların yaxınları karantindədirsə, bu halda meyitlər ailə üzvləri olmadan qəbiristanlıqlara aparılır.

koronavirus
xətt

24 saatda 93 ölü

İtaliyada ölkə üzrə 2978 ölüm halının 1959-u Lombardia bölgəsinin payına düşür. Ölkə üzrə 35 mindən çox yoluxma halının təxminən yarısı yenə bu bölgədə qeydə alınıb.

Təxminən 10 milyon əhalisi olan Lombardia bölgəsindəki 12 vilayətdən biri olan Bergamoda dünənədək 4305 yoluxma halı qeydə alınıb.

Şəhərdə təkcə son 24 saat ərzində 93 nəfərin öldüyü açıqlanıb. Bergamo bələdiyyə sədri Giorgio Gori real rəqəmlərin rəsmi rəqəmlərdən çox olduğunu deyib.

Buradakı xəstəxanalarda işləyən həkimlər virusun tibb işçiləri arasında da çox yayıldığını bildirib. Bergamo Təbiblər Birliyi sədri Guido Marinoni bir gün əvvəlki açıqlamasında "Bergamodakı 600 ailə həkimindən 118-i xəstədir. Bir kolleqamız da 65 yaşında həyatını itirib" deyib.

Marinoni şəhərdə qocalar arasında ölüm hallarının çox olduğunu vurğulayaraq "Artıq morqlarda meyitlərə yer qalmayıb. Bu bir qiyamət ssenarisi kimidir" söyləyib.