İranın mədəni abidələri şəkillərdə

İranın hərbi komandiri Qasım Süleymaninin qətlə yetirilməsindən sonra ABŞ prezidenti Donald Trump bildirib ki, İranın istənilən qisas cəhdinə qarşı bu ölkənin mədəni abidələrini hədəf alacaq.

İranda tarixi əhəmiyyətli yüzlərlə belə abidə var. Onların 20-dən çoxu Unesco-nun Mədəni İrsi statusuna malikdir. Burada bəzi ən əhəmiyyətli abidələr haqqında məlumat var.

Naqsh-e Jahan Square, known also as Imam Square, is a square situated at the centre of Isfahan city, Iran

Şəklin mənbəyi, Getty Images

Presentational white space

Dünaynın ən nəhəng şəhər meydanlarından biri, Nəqşicahan İsfahan şəhərində yerləşir və 17-ci əsrin əvvələrində tikilib.

Tiled Architecture of Imam Mosque, Isfahan

Şəklin mənbəyi, Getty Images

Presentational white space

İmam Məscidi (1979-cu il inqilabından sonra belə adlanır) Nəqşicahan meydanında yerləşir. O, incə kaşı ilə bəzədilib və Unesco Mədəni irsinə daxildir.

Tiled entrance to the Golestan Palace in Tehran

Şəklin mənbəyi, Getty Images

Presentational white space

Qızıl saray Tehranda Şaha məxsus olmuş saray kompleksidir. Bura 19-cu əsrdə Qacar sülələsinin rəsmi iqamətgahı olub.

Presentational white space
Interior of the Golestan Palace in Tehran

Şəklin mənbəyi, Getty Images

Ruins of Apadana and Tachara Palace behind stairway with bas relief carvings in Persepolis Unesco World Heritage Site against cloudy blue sky in Shiraz, Iran

Şəklin mənbəyi, Getty Images

Presentational white space

Persepolis Əhəmənilər imperiyasının paytaxt şəhəri olub. Onun yaşı eramızdan əvvəl 515-ci ilə gedib çıxır. O, 1979-cu ildə Unesco Mədəni irsi elan edilib.

Achaemenid inscription at Behistun, Iran

Şəklin mənbəyi, Alamy

Presentational white space

Əhəmənilər dövlətinin hökmdarı Böyük Daranın əks olunduğu eramızdan əvvəl təxminən 500-cü ilə aid Bisütun kitabəsi böyük qayanın üzərində yerləşir. Burada müxtəlif dillərdəki yazılar mixi yazının öyrəniləməsində əhəmiyyətli rol oynayıb. Bu, ən erkən yazı sistemlərindən biridr.

Bam Citadel

Şəklin mənbəyi, Getty Images

Presentational white space

Çiy kərpicdən hazırlanmış dünyanın ən böyük tikililərindən biri. Qədim Ərqebəm qalası İpək yolunun üzərində yerləşir.

2003-cü il zəlzələsində ciddi zərər görmüş abidədə hazırda təmir işləri aparılır.

Azadi (Freedom) Tower in Tehran

Şəklin mənbəyi, Getty Images

İranın mərkəzindəki Azadi qülləsi İran imperiyasının 2500 illiyini qeyd etmək üçün sonuncu İran şahı - Məhəmməd Rza Pəhləvi tərəfindən sifariş edilib.

Hazırda bura İran İslam Respublikasının keçirdiyi ən əhəmiyyətli tədbirlərin məkanıdır.

Mausoleum of Ayatollah Khomeini, which houses the tomb of Ruhollah Khomeini and his family in Tehran

Şəklin mənbəyi, Alamy

Presentational white space

Ruhullah Xomeyni məqbərəsində İslam respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin və onun ailəsinin məzarı yerləşir. Bura müasir İranda ən vacib ziyarətgahlardan biridir.

Mausoleum of Ayatollah Ruhollah Khomeini

Şəklin mənbəyi, Alamy

Presentational white space
Mausoleum of Ruhollah Khomeini interior, Tehran, Iran

Şəklin mənbəyi, Alamy

Presentational white space

Bütün fotoların hüquqları qorunur.