17 pişik və iti bir kadra necə salmaq olar?

Şəklin mənbəyi, Kennedy News and Media
Wellsin Corwen şəhərində yaşayan 17 it və pişik sahibəsi nəhayət ki, saxladığı ev heyvanlarını bir yerə toplamağa və onların qrup fotoportretini çəkmək üçün bir dəqiqə sakit dayanmaqlarına nail ola bilib.
Çəkilmiş fotoda doqquz pişik və səkkiz it düz kameranın obyektivinə baxır.
30 yaşlı Kathy Smith 17 ev heyvanını saxlamaqla xotik həyat yaşadığını etiraf edir.
O, heyvanları qısa müddətə olsa da bir araya gətirib sakit dayanmaqlarına necə necə nail olduğunu BBC-yə danışıb.
"Çəkilən şəkildən çox məmnun oldum - bu, kiçik bir ailəvi fotoportret kimi alınıb", - Kathy deyir.
"Pişikləri köpəklərlə birlikdə çəkmək üçün dəfələrlə cəhd etdim, amma hər dəfə heyvanlardan hansısa daim kadrdan çıxıb qaçırdı".
Smith deyir ki, itlərlə işləmək daha asan idi. Əldə yem tikəsi ilə itlərin diqqətini cəlb edib bu vəziyyətdə saxlamaq asandır.
Pişikləri çəkmək isə daha müşkül məsələ olub.
Kathy deyir: "Mən onları hər dəfə götürüb durduqları əvvəlki yerə qaytarırdım və bu, onların hamısı yerlərində qalanadək davam etdi".

Şəklin mənbəyi, Kennedy News and Media
Kathy deyir ki, bu fotonu çəkməyə üç cəhddən sonra "nəhayət ki, nail ola bilib".
Kathy Smith-in mənzili evsiz qalmış heyvanlar üçün bir növ sığınacağa çevrilib. O, heyvanlardan bəzilərini küçədə tapıb.
İtlər və pişiklərdən başqa Smith-in dörd dalğalı tutuquşusu, balıqları və bir kiçik kirpisi də var.
"Evimizdəki həyat olduqca qarışıqdır, amma buna gec-tez alışırsan", - Kathy deyib.

Şəklin mənbəyi, Kennedy News and Media








