Ən yaxşı it şəkli: dünyada ən sevimli kimdir?

Şəklin mənbəyi, Angela Blewaska/Kennel Club
Bu həftə Britaniya Kinologiya Assosiasiyası hər il keçirilən "Dog Photographer of the Year" müsabiqəsinin yekunlarını açıqlayıb.
Qalibləri artıq mükafatlandırıblar. Müsabiqədə iştirak edən ev heyvanlarının sosial şəbəkələrdə paylaşılan şəkillərini sizə təqdim edirik.
2006-cı ildən etibarən Britaniyanın "Kennel Club" qurumu fotoqraflara bir neçə nominasiyada mükafat təqdim edir - "Köməkçi itlər", "İtlər iş başında", "Balaca itləri sevirəm" (yeniyetmə fotoqraflar üçün), "İnsanın ən yaxın dostu", "Yaşlı köpəklər", "Portret", "Küçüklər", "Küçə itləri" və "Gənc fotoqraf" (öz ev heyvanlarının şəklini çəkən uşaqlar üçün).
Müsabiqəyə dünyanın hər yerindən şəkillər qəbul edilir: "Kennel Club"-un mətbuat xidməti BBC-yə bildirib ki, bu il assosiasiyaya 70 ölkədən 7 min şəkil daxil olub.

Şəklin mənbəyi, Anastasia Vetkovskaya/Kennel Club
Müxtəlif nominasiyalar üzrə finala çıxanlardan üçü rusiyalıdır.

Şəklin mənbəyi, Nadezhda Ivanova/ Kennel Club
Hər bir nominasiyanın qalibi professionalların "Flickr Pro" onlayn-fotocəmiyyətinə pulsuz üzvlük haqqı və "Nikon Scholl"-dan foto kursu qazanır.

Şəklin mənbəyi, Denise Czychocki/Kennel Club
Bütün kateqoriyalar üzrə ilk üç yeri tutan şəkillər 5 iyul - 3 oktyabr aralığında "Kennel Club"-un London bürosunda sərgilənəcək.

Şəklin mənbəyi, LOTTE VAN ALDEREN/Kennel Club
Heyrətamiz gözəllik
Bu yaxınlarda BBC-nin saytında öz sahiblərinin emosiyalarıyla manipulyasiya etmək üçün itlərin "günahsız baxışlar"dan yararlanmasıyla bağlı məqalə dərc olunmuşdu. Bu bizim sosial şəbəkələrdəki oxuculardan onların ev heyvanlarının şəkillərini istəmək ideyasını doğurdu.
Şəkilllərə görə çox təşəkkür edirik!

Şəklin mənbəyi, Irina Slashcheva

Şəklin mənbəyi, Ksenia Kokoeva

Şəklin mənbəyi, Ekaterina Bobrovskaya

Şəklin mənbəyi, Maria Shkrabak


Şəklin mənbəyi, Aliya Ismailzadeh








