Rusiyaya idman tədbirlərində iştirak etmək qadağan olundu

Soçidə Olimpiya və Rusiya bayrağı

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Rusiya atletləri Tokio və Pekin Olimpiya oyunlarında iştirakdan kənarlaşdırıla bilərlər

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanı dörd il müddətinə cəzalandırıb.

Bu, Rusiyanın analiz nəticələrinin məlumat bazasını saxtalaşdırmaqda ittiham olunmasından sonra baş verir.

WADA-nın qərarına əsasən Rusiya Tokioda keçiriləcək 2020-ci il Yay Olimpiada Oyunları və Qətərdə keçiriləcək 2022 Futbol üzrə Dünya Kuboku da daxil olmaqla, əsas idman tədbirlərinə iştirak edə bilməyəcək. Rusiyaya həmçinin idman tədbirlərinə ev sahibliyi etmək də qadağan edilib.

Buna baxmayaraq, dopinq istifadə etmədiklərini sübut edən rusiyalı atletlər neytral bayraq altında yarışlarda çıxış edə bilərlər.

Qadağanın Rusiyanın Avro-2020 futbol çempionatında iştirakına təsiri olmayacaq. Gələn yay futbol turnirində Sankt-Peterburq da ev sahibi şəhərlərdən biri olaraq qalacaq.

Qadağa barədə qərar WADA-nın İsveçrənin Lausanne şəhərində keçirilən tədbirində qəbul edilib.

WADA rəsmiləri bəyan ediblər ki, Rusiyanın qərardan etiraz şikayəti vermək üçün 21 gün vaxtı var, əgər bu baş versə onlar İdman Arbitraj Məhkəməsinə müraciət edəcəklər.

WADA-nın vitse-prezidenti Linda Helleland qadağanın "yetərli olmadığını" söyləyib.

O, sanksiyalar tələb etdiyini bildirib.

Rusiyadan olan seçilmiş atletlər 2018 PyeongChang Olimpiya Oyunlarında

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiyadan olan seçilmiş atletlər 2018 PyeongChang Olimpiya Oyunlarında

Rusiya nədə günahlandırılır?

Bu ilin əvvəlində WADA-nın Uyğunluğa Nəzarət Komitəsi (CRC), Rusiya Antidopinq Agentliyini (Rusada) idmançıların analiz nəticələrinin əsas bazasında olan nəticələrə uyğun olmadığını elan edib.

Rusada-nın rəhbəri Yuri Ganus kiminsə "minlərlə" girişi dəyişdirdiyini və ya sildiyini təsdiqləyib.

Rusiyanın idman naziri Pavel Kolobkov BBC-dən Sarah Rainsford-un suallarını cavablandırmayıb və deyib ki, Lausanne görüşünün nəticələrini gözləmək lazımdır.

Rəsmilər 2014 Soçi Qış Olimpiya Oyunlarını keçirdiyi zaman da daxil olmaqla, dopinq istifadəsini ört-basdır etməkdə ittiham olunur.

Rusiyanın keçən il Cənubi Koreyada keçirilən PyeongChang Qış Olimpiya Oyunlarında iştirakı qadağan edilmişdi, ancaq Rusiyadan olan dopinq istifadə etməmiş olduqlarını sübut edən idmançılara neytral bayraqla çıxış etməyə icazə verilmişdi.