"Bülbül" siklonu: Hindistan və Banqladeşdə torpaq sürüşməsinə görə sakinlər evakuasiya olunub

Bülbül siklonu nəticəsində dəniz dalğasının iki metr hündürlüyədək yüksəkləcəyi gözlənilir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bülbül siklonu nəticəsində dəniz dalğasının iki metr hündürlüyədək yüksəkləcəyi gözlənilir.

Hindistan və Banqladeşdə "Bülbül" siklonu Benqal körfəzinə çatdıqdan sonra iki milyondan çox sakin evakuasiya olunub.

Fırtına şənbə günü yerli vaxtla gecə yarısında Hindistanın Qərbi Benqal bölgəsindəki Saqar adası yaxınlığında torpaq sürüşməsinə səbəb olub və nəticədə, dəniz dalğasının iki metr hündürlüyüədək yüksəkləcəyi gözlənilir.

Yerli medianın məlumatına əsasən, siklon azı iki nəfərin ölümünə səbəb olub.

Bölgədəki bir çox dəniz limanları və Kəlkətə aeropotu da daxil, aeroportlar işini dayandırıb.

Banqladeşin iki ən böyük limanı olan Monqla və Çittaqonq limanları bağlanıb, Çittaqonq aeroportu da bütün uçuşlarıl dayandırıb.

Banqladeşin fövqəladə hallar üzrə rəsmisi Şah Kamal AFP agentliyinə bildirib ki, evakuasiya olunmuş sakinlərin 5500-dən çox sığınacaq yerlərinə köçürülüblər.

Hindistanın Qərbi Benqal əyalətinin rəhbər şəxsi Mamata Banerci, siklona görə torpaq sürüşməsi baş verməmişdən əvvəl insanları Tweetter səhifəsində sakitliyə çağırıb.

"Xahiş edirəm sakit olun və xilasetmə və yardım işlərində rəhbərliklə əməkdaşlıq edin. Ayıq-sayıq, diqqətli və ehtiyatlı olun", - o yazıb.

Proqnozlara görə, fırtına şimala istiqamətində hərəkət edərək tədricən tədricən zəifləməlidir.

Bengal körfəzi boyunca bir çox dəniz limanları və aeroportlar bağlanıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bengal körfəzi boyunca bir çox dəniz limanları və aeroportlar bağlanıb.

Banqladeş Meteorologiya İdarəsindən verilən məlumata görə, sürəti 120 km/saat olan külək sahilə şataraq dənizdə və çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub.

Fırtına və torpaq sürüşməsi başlamazdan əvvəl minlərlə sakin sığınacaqlara toplaşmağa çağırılıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Fırtına və torpaq sürüşməsi başlamazdan əvvəl minlərlə sakin sığınacaqlara toplaşmağa çağırılıb.

Nəqliyyat qovşaqlarının bağlanması, Banqladeşdə adalarda yaşayan insanları təcrid olunmuş vəziyyətə salıb.

Hindistan rəsmiləri fövqəladə hava şəraitinə görə hərbi gəmilərin və təyyarələrin hazır vəziyyətə gətirildiyini bildirib.