Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar "neftçilər dənizdən sahilə çıxarılıb"

Şəklin mənbəyi, Getty Images
Şənbə günü Azərbaycanda hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR 150 əməkdaşını "təxliyə edib", yerli media xəbər verir.
Dövlət neft şirkəti təhlükəsizlik tədbirlərini gücləndirib, məlumatda deyilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcək.
SOCAR-dan verilən məlumata görə, hava şəraitinin pisləşməsinə görə açıq havada işlər dayandırılıb və təhlükəsizlik tədbirləri görülüb.
Məlumatda təxliyə işlərinin davam etdirildiyi bildirilir.

