"Mən neft ölkəsiyəm...157 manata küçə süpürtdürürlər"- Hövsandakı fəhlə bazarında
- Müəllif, Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
Onlar hər gün saatlarla qızmar günəş altında iş gözləyirlər. Bura Hövsandakı "fəhlə bazarıdır".
Bu bazara hər gün gələnlər əməklərini satırlar.
Azərbaycanda həm qadın, həm də kişi "fəhlə bazarları" var. El arasında bu bazarlara həm də "qul bazarı" deyirlər.
Azərbaycan hakimiyyəti hər il minlərlə iş yerlərinin açıldığını deyir. Lakin bu "fəhlə bazarındakı" vətəndaşlar iş tapmamaqdan şikayətçidirlər.
Onlar Məşğulluq İdarəsinin təklif etdiyi işlərdən narazıdırlar.
Dövlət Məşğulluq Xidmətindən deyirlər ki, peşəkar fəhlə peşələri üzrə əməkhaqqı orta hesabla 500-600 manatdır.
Qurum bildirir ki, bu ilin 6 ayında 54 mindən çox vətəndaş müxtəlif işlərlə təmin edilib.











