Dorian Qasırğası: Baham adalarındakı dağıntının miqyası bəlli olur

Dorian Qasırğası: Baham adalarındakı dağıntının miqyası bəlli olur

Şəklin mənbəyi, Scott Olson/Getty Images

Xilasedicilər dağıntının izlərini göstərən havadan çəkilmiş şəkillərlə şimali Baham adalarının Dorian Qasırğası tərəfindən dağıdılmış ərazisinə çatıblar.

Bu ölkənin baş naziri Hubert Minnis, ölənlərin sayının ən azı 20-yə çatdığı üçün bəzi bölgələrdə əhalinin sanki "azaldıldığını" söyləyib.

Qasırğa sentyabrın 1-də başlayıb və iki gün ərzində arxipelaqın şimalındakı Abako adaları və Grand Bahama ərazisini vurub.

Daha sonra Dorian Qasırğası şimala üz tutub və hələ də Amerika Birləşmiş Ştatlarının (ABŞ) şərqindəki dəniz sahillərini "təhdid edir".

Proqnozlar cümə axşamı günü Dorian Qasırğasının Cənubi və ya Şimali Karolina sahillərində düşmə təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Qasdırğanın ikinci kateqoriyalı qasırğa səviyyəsinə düşməsinə və ən yüsək dayanıqlı külək sürəti saatda 165 kilometr olmasına baxmayaraq, o daha geniş əraziyə yayılıb.

Cənab Minnis deyib ki, "Baham adaları ölkə tarixinin ən böyük milli böhranını yaşayır".

Çərşənbə gününün sonuna doğru bu ölkənin səhiyyə naziri Duane Sands "ölü sayının artdığını və ölənlərin 20 nəfərə çatdığını" bildirib.

Abakosda olmuş kömək qruplarından birinə rəhbərlik edən Lia Head-Rigby isə bir qədər əvvəl nümayəndələrinin ona dağıntı ərazisində "daha çox ölü" olduğunu söylədiklərini deyib.

"Bu, tam bir məhvolmadır. Bu, azalmadır. Bu, Apocalipsisdir", - o Associated Press (AP) Xəbər Agentliyinə deyib.

Abakosun liman şəhəri Marsh Harbour da daxil olmaqla havadan çəkilmiş şəkilləri dağıntını "addım-addım" göstərib: uçulmuş damlar, səpələnmiş zibillər, çevrilmiş maşınlar, daşıma konteynerləri və qayıqları və yüksəlmiş su səviyyəsi.

"Marsh Harbourda demək olar ki, heç nə qalmayıb", - ərazidən evakuasiya edilmiş Alicia Cook deyib: "Adamlar panikaya düşməyə başladılar, qarət, talan... hamının ordan çıxmaq imkanı yoxdur".

Bob Cornea da paytaxt Nassauda Marsh Harbourdan evakuasiya olunduqdan sonra BBC-yə danışıb. O bildirib ki, həyat yoldaşı və o övladlarının evinin ikinci mərtəbəsində qalıblar.

"Su boğazıma qədər çıxırdı. Təxminən, iki-üç saat belə qaldıq. Mənim oğlum bizi çölə çıxardı və xilas olduq.

"Biz bütün növ qasırğalar və fırtınalar gördük, bu qədər dəhşətlisini görmədik. Sanki okeanın ortasında qalmışdıq. Dalğalar suyu bizim üstümüzə tökürdü. Dəhşət vericidir. Çox dəhşətlidir".

Müxalif lider Philip Brave Davis qasırğa səhnəsini adalar üzərindəki uçuşdan "dəhşətli görüntü" kimi təsvir edib.

Dorian Qasırğası: Baham adalarındakı dağıntının miqyası bəlli olur

Şəklin mənbəyi, Scott Olson/Getty Images

Baham adalarına 89 santimetrlik yağış yağıb.

Böyük Baham ilə bağlı vəziyyət isə daha az aydındır. Dorian Qasırğası ora cümə axşamı günü bir çox kommunikasiya xətlərinin kəsdikdən sonra irəliləyib.

Bir çox xilasetmə işləri yerlilər tərəfindən qayıq və jetlərlə görülüb, lakin su başmış yollar, qırılmış ağaclar və sualtı zibil görülən işlərə mane olub.

Baş Nazir cənab Minnis "bu mərhələdəd axtarış, xilasetmə və bərpa etməkdir. Bu bizim hamımızın - hökumət, kilsə, biznes və ayrı-ayrı fərdlərin birgə işi olacaq ki, öz insanlarımızın həyatını qaydaya salaq.

İnsanlar sosial mediada qasırğa vaxtı əlaqəni itirdikləri şəxslərin siyahısını yazmağa başlayıblar.

Beynəlxalq Qırmızı Xaç "Böyük Bahama və Abacosda 13 min mülkün - 45 faiz evin ciddi zədələnməsi və ya dağılmasına" qorxusunu vurğulayıb.

"Altmış minə yaxın şəxsin isə yemək və suya ehtiyacı var", Birləşmiş Millətlər Təşkilatı bildirir.

Dorian Qasırğası ABŞ-ı vuracaqmı?

Milli Qasırğa Mərkəzi Dorian Qasırğasının Floridanın Jacksonville şəhərinin 185 kilometr şərqində və Cənubi Karolinanın Charleston şəhərinin təxminən 250 kilometrliyindədir.

"Fırtına çərşənbə gecəsi saatda 15 kilometr sürətlə paralel olaraq Florida və georgia sahillərinə doğru irəliləyib, daha sonra isə cümə axşamı və cümə günü Carolina sahillərinin "yaxınlığından və ya üzərindən" keçəcək", - Mərkəz bildirib.

Milli Qasırğa Mərkəzi Floridanın Canaveral limanından Şimali Karolinadan Virciniya sərhəddinə qədər bütün sahilboyu ərazilərdə yaşayan icmalara həyati təhlükəli fırtına barədə xəbərdarlıq edib.

Dorian Qasırğasının növbəti bir neçə gün ərzində zəifləyəcəyi gözlənir, lakin o güclü qasırğa olaraq qalacaq.

Dorian Qasırğası: Baham adalarındakı dağıntının miqyası bəlli olur

Şəklin mənbəyi, Scott Olson/Getty Images

Dorian Qasırğası: Baham adalarındakı dağıntının miqyası bəlli olur

Şəklin mənbəyi, Scott Olson/Getty Images

Dorian Qasırğası: Baham adalarındakı dağıntının miqyası bəlli olur

Şəklin mənbəyi, Scott Olson/Getty Images