Airbnb beş nəfər öldürüldükdən sonra evlərinin qonaqlıq məclisləri üçün kirayəsini qadağan edib

Orinda şəhərindəki evdə atışma nəticəsində beş nəfər ölüb.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Orinda şəhərindəki evdə atışma nəticəsində beş nəfər ölüb.

Airbnb şirkəti keçən həftə Kaliforniyada kirayə edilən evdə beş nəfər öldürüldükdən sonra mənzillərin qonaqlıq məclislərinin keçirilməsi üçün kirayəyə verilməsini qadağan edib.

Şirkət rəhbəri Brian Chesky Twitter vasitəsaiylə bildirib ki, Airbnb ev sahibləri tərəfindən icazə verilməyən qonaqlıq məclislərinin keçirilməsinin qarşısını almaq üçün tədbirlər görəcək.

Oktyabrın 31-də San Francisco yaxınlığında yerləşən Orinda şəhərində kirayə edilən evdə atışma nəticəsində üç nəfər öldürülüb, sonradan daha iki nəfər aldıqları yaralardan xəstəxanada keçinib.

Əvvəlcə həmin ev, deyildiyi kimi, kiçik bir qrup qonaq üçün icarəyə götürülübmüş, lakin sonradan İnstagram-da Halloween şənliyinin keçirilməsi yeri kimi reklam ediləndən sonra ora 100-dən çox insan gəlibmiş, ev sahibi isə mənzilində Halloween tədbiri keçirilməsinə icazə verməmişdi.

Ölənlərin hamısı 30-dan aşağı yaşda olub.

Şənbə günü polis şübhəli şəxsləri tuta bilməyib.

Evdə iki tapança tapılıb.

Airbnb rəhbəri bildirib ki, şirkət bundan sonra yüksək riskli evlərin kirayə olunması qaydasını daha ciddi yoxlanacağını qeyd edib.

2022-ci ildə səhmlərini birja bazarlarına çıxarmağı planlaşdıran Airbnb-nin başçısı Chersky deyib ki, qaydaları pozanlar məhkəməyə veriləcək.