Parlamentin spikeri hökumətin yeni Brexit razılaşmasının səsverməyə çıxarmaq xahişini rədd edib

John Bercow

Şəklin mənbəyi, PA Media

Britaniyada parlamentin spikeri bazar ertəsi günü hökumətin yeni Brexit sövdələşməsini bir daha səsverməyə çıxarmaq barədə xahişini rədd edib.

Britaniya parlamentinin İcmalar Palatasının spikeri John Bercow hökumətin yeni Brexit müqaviləsiylə bağlı deputatlar arasında "hə" və ya " yox" səsverməsini keçirmək barədə xahişini rədd edib.

Hökümət bundan məyus olduğunu, lakin lazımi qanunvericiliyin qəbul edilməsi işini davam edəcəyini bildirib.

John Bercow deyib ki, bu məsələylə bağlı səsvermə şənbə günü artıq keçirilib və bu sənədin təkrar müzakirəsi "təkrarçılıq və işləri qarışdırmaq" olacaq.

Şənbə günü parlamentin qəbul etdiyi düzəlişə görə, Boris Johnson-un yeni Brexit müqaviləsinin parlament tərəfindən təsdiqlənməsi həmin müqavilə qanuna çevrilənədək təxirə salınıb.

Bu barədə təklifi müstəqil deputat ser Oliver Letwin-in verib. Letwin-in düzəlişinə görə, razılaşma ilə əlaqəli bütün qanun layihələri parlamentdə təsdiq olunanadək yeni müqaviləylə bağlı səsvermə keçirilə bilməz.

Oliver Letwin-in təbirincə, onun düzəlişinin əsas məqsədi "müqaviləsiz Brexit variantının qarşısını almaqdır".

Yeni müqavilədə təklif olunan əsas maddələr

  • İngiltərə 2020-ci ilin sonunadək və bəlkə də daha uzun müddətdə Aİ-nın qaydalarına riayət etməyə davam edəcək. Bu, sahibkarlığın tənzimlənməsinə görə ediləcək.
  • Böyük Britaniya hələ də təqribən 39 milyard funt sterlinqlik "boşanma pulu" ödəyəcək
  • İngiltərədə yaşayan Aİ vətəndaşlarının və Aİ-da yaşayan Böyük Britaniya vətəndaşlarının hüquqları təmin ediləcək
  • Şimali İrlandiya Aİ-nın vahid bazarına uyğunlaşdırılacaq
  • Tənqidçilərin İngiltərəni Aİ ilə gömrük ittifaqında qeyri-müəyyən müddətə saxlaya biləcəyindən ehtiyat etdiyi mübahisəli "backstop" yığışdırılıb
  • Şimali İrlandiya İngiltərənin gömrük ərazisinin bir hissəsi olaraq qalacaq, buna görə də Brexit-dən sonra hökumətin gələcək ticarət sövdələşmələrinə daxil ediləcək.
  • Lakin Şimali İrlandiya Aİ-nın gömrük zonasına giriş nöqtəsi kimi qalacaq. Böyük Britaniya Şimali İrlandiyaya daxil olan və sərhəddən çıxarılmayacaq məhsullara tariflər tətbiq etməyəcək.
  • Birgə Aİ / İngiltərə komitəsi hansı malların vahid bazara girmə riski altında olacağına qərar verəcək və İngiltərə Aİ adından Aİ-nın tariflərini toplayacaq.
  • 2017-ci ilin yanvar ayından etibarən dayandırılmış Şimali İrlandiya Məclisi hər dörd ildən bir yeni ticarət tənzimləmələrinə davam edib-etməyəcəyinə dair səsvermə keçirəcək.
  • Qərar həm ittifaqçıların, həm də millətçilərin əksəriyyətinin bu qaydaları dəstəkləmələrini tələb etmək əvəzinə, sadəcə çoxluğa əsaslanacaq.