ABŞ hərbçilərini Səudiyyə Ərəbistana göndərəcək

Fire at Saudi plant at Abqaiq

Şəklin mənbəyi, Reuters

ABŞ-ın məlumatlna görə hərbçilərin "müdafiə məqsədi" ilə göndərilməsinə səbəb Səudiyyə Ərəbistanın neft infrastrukturuna ötən həftə baş verən hücumdur.

ABŞ-ın müdafiə katibi Mark Esper jurnalistlərə bildirib ki, hərbçilərin Səudiyyə Ərəbistana göndərilməsi "müdafiə xaraketeri" daşıyır. Hələ ki, göndəriləcək hərbçilərin sayı barədə qərar verilməyib.

Yəmənin İran tərəfindən dəstəkləndiyi Husi qıyamçıları keçən həftə baş vermiş hücumu həyata keçirdiklərini etiraf ediblər.

Lakin ABŞ və Səudiyyə Ərəbistanı hücuma görə İranın özünü təqsirləndirir.

Cümə günü ABŞ prezidenti Donald Trump İrana qarşı yeni sanksiyalar bəyan edib, lakin o, hərbi münaqişəyə qarşı olduğunu deyib.

Yeni sanksiyaların hədəfləri İranın mərkəzi bankı və suveren sərvət fondudur.

Lakin şənbə günü İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri hər hansı bir təcavüzkarı "məhv" edəcəyini deyib.

Dövlət televiziyasında çıxışında general-mayor Hüseyin Salami deyib ki, "biz cəza vermək niyyətindəyik və hər hansı bir təcavüzkarı tamamilə məhv edənəcək davam edəcəyik".

Pentagon nə deyir?

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kömək istəyib, cənab Esper bildirib.

O, ABŞ qüvvələrinin hava və raket müdafiəsini möhkəmləndirəcəyini və ABŞ-dan hər iki ölkəyə "hərbi texnikanın çatdırılma prosesini sürətləndirəcəyini" deyib.

US Secretary of Defence Mark Esper (L) and Chairman of Joint Chiefs of Staff General Joseph Dunford at a press conference in August 2019

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Secretary of Defence Mark Esper, left, and Chairman of Joint Chiefs of Staff General Joseph Dunford made the announcement on Friday

ABŞ Birgə Hərbi Qüvvələrinin sədri general Joseph Dunford göndəriləcək hərbçilərin sayının böyük olmayacağını və bu rəqəmin minlərlə hərbçiyə çatmayacağını deyib. O, qüvvələrin tərkibi, eləcə də digır detallar barədə məlumatlar verməyib.

Bir jurnalistin ABŞ-ın İrana qarşı hava zərbəsini nəzərə alıb-almaması barədə sualına cavabında general bildirib ki, "biz hələ o dərəcəyə çatmamışıq".

Dron hücumları

Nə baş verib?

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun idarə etdiyi iki əsas neft təsisatında dron hücumlarından sonra yanğın baş verib, dövlət mediası xəbər verib.

Hadisə yerindən çəkilmiş videolarda Aramco-nun ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə böyük yanğın görünür.

Yəməndə İranın dəstəklədiyi Husi qruplaşmasının sözçüsü bildirib ki, onlar hücum üçün 10 dron göndəriblər.

Qruplaşmanın hərbi sözçüsü Yəhya Sareya Husi hərəkatına məxsus al-Misarah TV-ə bildirib ki, gələcəkdə yeni hücumlar planlaşdırılır.