Bu gün 139 ölkədə milyonlarla insanın iştirak etdiyi qlobal iqlim tətili keçirilir

London, Böyük Britaniya

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Böyük Britaniyanın hər yerindən iqlim dəyişikliyinə etiraz edən nümayişçilər paytaxt Londona axışır.

Hazırda Avropa, Afrika və Asiyanın bir çox yerlərində nümayişlər gedir. Hər keçən müddət ərzində müxtəlif ölkələrdən iqlim dəyişikliyinə etiraz aksiyaları getdikcə artır.

Bu aksiyanın təşəbbüskarı 16 yaşlı isveçli, ətraf mühitin müdafiəsi kampaniyalarının fəalı Greta Thunberg-dir. O, bu gün New York-da iqlim böhranıyla bağlı keçiriləcək kütləvi etiraz aksiyasına qatılacaq və orada çıxış edəcək.

Təxminən 1,1 milyon tələbəyə New-Yorkun 1800 dövlət məktəbindən icazə verilib ki, onlar etiraz etmək üçün aksiyalara qoşulsunlar.

Şənbə günü Greta da daxil olmaqla bütün dünyadan olan gənc liderlər və fəallar Birləşmiş Millətlər Təşkilatının Gənclərin İqlim Dəyişikliyi Sammitində iştirak etmək üçün New York-da toplaşacaqlar.

Britaniyada da ölkənin hər yerindən nümayişçilər paytaxt Londona axışır. Paytaxtda gün ərzində bir neçə etiraz aksiyası keçirilir.

BBC-nin müxbirləri "etiraf etməliyik ki, aksiyalar o qədər çoxdur ki, onların hamısı haqda eyni zamanda məlumat vermək bir qədər çətindir" yazırlar.

Nə baş verir?

Filippində yüzlərlə universitet tələbələri və yuxarı sinif şagirdləri dərsləri buraxıb, bir o qədər şəxs də Mərkəzi Honq Konqda qlobal yürüşə qatılıb.

Almaniyada etirazçılar Brandenburq darvazasının yanına toplaşıb.

Yürüşdən çəkilən şəkillərdə adamların əllərində tutduqları bayraq, plakat və nəhəng şarlar görünür.

Londonda məktəblilər də dərsə getməyib, onlar da öz etiraz səslərini eşitdirmək üçün paytaxta üz tutublar.

Təşkilatçılar Westminster ətrafında getdikcə artan izdihama görə 10 minlərlər insanın toplaşacağını ehtimal edirlər.

London Polisi artıq iki etirazçını ictimai qaydaları pozduğu üçün həbs edib, bu barədə təhlükəsizlik qüvvələri Twitterdə yazıb.

Nairobi-də də iqlim dəyişikliyi etirazçıları təkrar emal edilmiş plastik aksesuarlar taxaraq Uhuri Parkına toplaşıblar.

Əlində plakat və banner tutan yüzlərlə şəxs Nairobi küçələrində yürüşdən əvvəl birləşib Keniya Ətraf Mühit Nazirliyinin binasına üz tutublar.

Etirazlar dalğası Frankfurt, Oslo, Johannesburg, Lagos və dünyanın digər böyük şəhərlərində keçirilir.

Cümə günü səhər əvvəlcə Taylandda 'ölüm səhnələri' nümayiş etdirilib, daha sonra etirazçılar dəniz suyunun yüksəlməsi təhlükəsi ilə qarşı-qarşıya olan Hindistan və Banqladeşə iqlim ədalətinə çağırış ediblər.

Avstraliyada isə 300 mindən çox uşaqlar, valideynlər, dəstəkçilər yürüş edib, bu, mart ayında təşkil olunmuş iqlim dəyişikliklərinə etiraz etmiş şəxslərin sayından iki dəfə çoxdur, təşkilatçılar bildirib.

150 ölkədə milyonlarla şəxsin etirazlarda iştirak edəcəyi gözlənir.

Etirazlar cümə günü axşam New-York-da etiraz aksiyalarının təşkilatçısı, iqlim dəyişikliyi məsələsində fəallığına görə Nobel mükafatına təqdim olunmuş Greta Thunberg-in iştirakı ilə pik həddinə çatacaq.

Wakiso, Uqanda iqlim dəyişiklərinə etiraz aksiyası

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Wakiso, Uqanda
İqlim dəyişikliyiniə etiraz aksiyaları

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Manhattan, New York, ABŞ
Londonda etirazlar

Şəklin mənbəyi, Billy Becket

Şəklin alt yazısı, London, Böyük Britaniya
Tokyo, Japan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tokio, Yaponiya
İqlim çirklənmələrinə qarşı etiraz aksiyaları

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İstanbul, Türkiyə
İqlim dəyişikliyi Etiraz nümayişləri

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İqlim böhranının təsirinə ən həssas olan ölkələrdən olan Banqladeşdə məktəblilər və böyüklər tətil edir.
Londonda iqlim dəyişiklərinə etiraz aksiyaları keçirilir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Londonda - plakatlarınızı təkrar istifadə edin.
iqlim dəyişikliyi

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı, Etirazçılar Edinburqda da yürüş keçirirlər.
Dakar İqlim dəyişikliyinə etiraz edir

Şəklin mənbəyi, Franck Noudofinin

Şəklin alt yazısı, Dakarda etirazçılar "dərhal" dəyişiklik istəyirlər.
Dakar İqlim dəyişikliyinə etiraz edir

Şəklin mənbəyi, Franck Noudofinin

Şəklin alt yazısı, Dakarlı etirazçılar
Marovo adaları, Solomon adaları iqlim dəyişiklərinə etiraz

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Marovo adaları, Solomon adaları
Kiev, Ukrayna iqlim dəyişikliyinə etiraz aksiyaları

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Kiev, Ukrayna