İstilərin yeni dalğası: İnsanlar necə sərinlənir? Şəkillər
Şəklin mənbəyi, ALAIN JOCARD/AFP/Getty Images
Şəklin alt yazısı, İstilər artdıqca, Parisin mərkəzində, Eyfel qülləsinin yaxınlığındakı hovuzlara axışan insanların sayı da artmaqdadır. Güman edilir ki, bu həftə Avropanın bəzi bölgələrində iyul ayının ən yüksək temperaturu qeydə alına bilər.
Ötən ayının sonlarındakı rekord istilərdən sonra Avropa və ABŞ qızmarın növbəti dalğası ilə üzləşməkdədir.
Şəklin mənbəyi, Andrew Lichtenstein/Corbis/Getty Images
Şəklin alt yazısı, New York şəhərinin sakinləri Coney İsland yarımadasının sahillərinə üz tutub
Fransanın cənubunda temperatur 40C dərəcə həddini keçib. İstilərə görə atom elektrik stansiyasında cərəyanın istehsalı müvəqqəti olaraq dayandırılıb.
Qərbi Avropadakı bəzi çaylarda su nəqliyyatının aramsız fəaliyyəti pozulub.
Bir çox şəkillərdə göl, dəniz və hovuzlarda sərinlənən insanları görmək olar.
Dünya Meteorologiya Təşkilatına əsasən, isti havanın yeni dalğasında "iqlim dəyişikliyi əlamətlərini" görmək olar.
Belçika hakimiyyəti istilərlə bağlı "qırmızı təhlükə" səviyyəsini elan edib.
Avropa Komissiyası İspaniya və Portuqaliyada meşə yanğınları təhlükəsinin yüksək olduğunu bildirir.
Şəklin alt yazısı, Günəşın amansız şüalarından daldalanan almanlar və turistlər Baltik dənizinin Usedom adasının çimərliyinə sığınırlar. Sinoptiklərə əsasən, 30C dərəcəni keçən istilər getdikcə şiddətlənərək həftənin sonuna doğru maksimum səviyyəyə çata bilər.
Şəklin mənbəyi, FREDERICK FLORIN/AFP/Getty Images
Şəklin alt yazısı, Fransanın şimal-şərqindəki Strasburq şəhərinin Orangerie Parkında sərinlənən insanlar. Belçika, Lüksemburq və Niderlandda temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.
Şəklin mənbəyi, BART MAAT/AFP/Getty Images
Şəklin alt yazısı, Almaniya və Fransa ilə yanaşı istilərin təsirini Niderland sakinləri də hiss edirlər. Burada qızmardan əziyyət çəkən yalnız insanlar deyil: Niderlandın Amersfoort zooparkında su samuru buz parçasını dişinə çəkir.
Şəklin mənbəyi, BERTRAND GUAY/AFP/Getty Images
Şəklin alt yazısı, Gənclər Parisin Trokadero hovuzunda əylənirlər. Fransa meteorologiya qurumunun rəsmi vebsaytı hava proqnozu ilə bağlı müraciətlərin sayının kəskin şəkildə artdığını bildirir. Bu arada, istilər məşhur Tour de France velosiped yarışlarının iştirakçılarını sınağa çəkməkdədir. İdmançılar üçün marşrut boyunca əlavə su təchizatı təmin olunub.