Qəzza münaqişəsi: raket atəşi və İsrailin zərbələri intensivləşir

Qəzza

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İsrail deyir ki, zərbələr Qəzzadakı hərbi obyektlərə vurulur.

Israil və Qəzza zolağındakı silahlılar arasında qarşılıqlı hücumlar güclənərək son illərin ən şiddətli qarşıdurmalarından birinə gətirib çıxarıb.

Şənbə günündən başlayaraq fələstinli silahlılar İsrail ərazisinə 450-dən çox raket atəşi açıblar.

İsrail raketlərin çoxunun vurulduğunu, lakin bir adamın öldüyünü bildirib.

İsrail hərbiyyəsinin bildirdiyinə görə, həftəsonu Qəzza zolağında 220 hədəf vurulub.

Fələstinlilər həmin zərbələr nəticəsində 6 nəfərin öldüyünü bildiriblər.

Bazar günü Israilin Baş naziri Benjamin Netanyahu deyib ki, o, hərbiyyəyə "Qəzza zolağında terrorçu elementlərə intensiv zərbələr endirməyi davam etdirmək" əmri verib.

Qəzza zolağı ilə İsrail arasında ötən ay atəşkəs razılaşdırılmışdı, son vaxtlar Misir və BMT atəşkəsin daha uzunmüddətli olması üçün vasitəçilik edirdilər.

Fələstinli qız - May 2019

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Fələstinlilərin bildirdiyinə görə, İsrail zərbələri nəticəsində iki çoxmərtəbəli bina dağıdılıb.y

Zorakılıq ötən cümə günü Qəzzada İsrailin blokadası əleyhinə etirazlara start veriləndən sonra başlayıb.

İsrail Qəzzanın blokadaya alınmasını silahın Qəzzaya çatdırılmasının qarşısını almaq məqsədilə əsaslanırıb.

Fələstinli silahlı blolkayıcı hasar qarşısında duran iki İsrail əsgərini odlu silah atəşilə yaralayıb.

İsrail bu hadisəyə hərbi təyyarələr vasitəsilə havadan zərbələrə endirməklə cavab verib - nəticədə, Qəzzada iki silahlı öldürülüb.

Qəzzadan raket atəşi şənbə günü səhər başlayıb. İsrailin raket hücumundan müdafiə sistemi onlarla raketi vuraraq zərərsiizləşdirib, lakin İsrail qəsəbə və kəndlərdindəki bir neçə evə raketlər gedib çatıb.

Netiv Haasara kəndindəki ev.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İsrailin cənubunda raketlər bəzi binalara gedib çatıb.

Bazar günü Qəzzadan 10 km şimalda yerləşən Ashkelon-da İsrail sakini evinə qəlpələr dəyəndən sonra ölüb.

Ashkelon-dan şərqdə yerləşən Kyriat Gat məntəqəsində yaşlı israilli qadın bir gün əvvəl ciddi yaralanıb.

Şənbə və bazar günləri Israil havadan Həmas və İslam Cihadı təşkilatlarının obyektlərinə zərbələr endirib.

Qəzzaya nəzarət edən Həmas təşkilatı dörd fələstinlinin, bir qadın və onun 14 aylıq qız uşağı da daxil, həlak olduqlarını bildirib.

Lakin İsrail qadın və qız uşağının fələstin raketindən öldüklərini iddia edir.

İsrail hərbiyyəsi Qəzzada çoxmərtəbəli binanı dağıdıb.

İsrail tərəfi həmin binada Həmas təşkilatının kəşfiyyat idarəsinin yerləşdiyini bildirib.

Bu arada Türkiyə həmin binada Anadolu xəbər agentliyinin ofisinin yerləşdiyini bəyan edib.

Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu mülki əhaliyə qarşı İsrail hücumlarını "insanlıq əleyhinə cinayət" adlandırıb.