İsrail əsgərini şillələyən qız azadlığa çıxıb

Ahed Tamimi in court (13/02/18)

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bütün dünya boyu fələstinlilər Təmiminin azadlığa buraxılmasını tələb edirdilər.

İşğal olunmuş Qərb Sahilində İsrail əsgərini şillələyən zaman videoya düşmüş fələstinli yeniyetmə qız 8 ay həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.

Əhed Təmiminin, Nəbi Saleh kəndindəki evinin qarşısında İsrail əsgərini şillələyib təpiklədiyini göstərən video sosial şəbəkələrdə geniş yayılaraq populyar olub.

Fələstinlilər üçün bu qız İsrail işğalına qarşı müqavimət hərəkatının rəmzinə çevrilib, lakin israillilərin çoxu onu məşhurlaşmaq istəyən araqarışdıran sayır.

Ahed Tamimi (R) and her mother Nariman

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Əhed Təmimi və onun anası, hər ikisi, baş vermiş insidentə görə həbs cəzası çəkiblər.

17 yaşlı Əhed Təmimini doğma kəndində kütlə tərəfindən alqışlarla qarşılanıb.

"Müqavimət işğala son qoyulanadək davam edəcək", - o, izdiham qarşısında etdiyi çıxışında deyib.

Mətbuata danışan Əhed Təmimi bildirib ki, "hüquqşünaslıq sahəsində təhsil almaq və işğalı görə cavabdehlik məsələsini qaldırmaq" niyyətindədir.

Əhed Təmiminin azadlığa çıxmasından 1 gün əvvəl, Beytləhmi Qüdsdən (Yerusəlim) ayıran divarda 4 metr hündürlüyündə Əhedin portretini çəkdiklərinə görə iki italiyalı və bir fələstinli İsrail polisi tərəfindən həbs olunublar.

Israil sərhəd polisi bildirb ki, həbs olunanlar "Beytləhm ərazisində təhlükəsizlik divarına zərər vurmaqda və vandallıqda" şübhəli sayıldıqlarına görə həbs ediliblər.

A Palestinian walks past a mural painted on Israel's controversial separation barrier in the West Bank city of Bethlehem on July 29, 2018

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bu portret divarın üzərində ötən həftə çəkilib.