You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şəkillər: Şotlandiya təbiət fotoşəkilləri müsabiqəsinin mükafatçıları
Yay mövsümünü cüyür ailəsinin çəkilişinə həsr etmiş kişi ötən ilin Şotlandiya Təbiət Fotoqrafı fəxri adına layiq görülüb.
Phil Johnston qələbəyə layiq görülmüş Cüyür Balasının Gülü adlı fotonu evinin yanında lentə alıb.
"Kameramla təbiət səhnələrini izləməyi sevirəm. Həmin gün iyul ayının əvvəlində cüyür ailəsini bir neçə saat idi ki. izləyirdim - ətrafda tülkü də gözə dəymişdi", - Phil Johnston deyir.
"Təxminən bir saatdan sonra hündür otların arasından səs gəldi və cüyür göründü. Cüyür otun üstündəki gülləri dərib dərhal çeyniyib yeyirdi, - Phil Johnston xatırlayır. - Cüyür gözdən itənədək 3-4 kadr çəkə bildim. Heyrətamiz anlar idi".
Şotlandiyada doqquzuncu dəfədir ki, keçirilən fotoşəkillər müsabiqəsində bütün dünyadan olan peşəkar və həvəskar fotoqrafçılar iştirak edib.
Ətraf mühit, bitkilər, abstrakt, vəhşi təbiət və landşaft mövzularında təqdim olunmuş işlər arasında qalibləri Raymond Besant, Jamie Grant və Niall Irvine seçiblər.
Inverness şəhərindən 8 yaşlı Kaitlyn Clark gənc fotoqraflar üçün mükafata layiq görülüb.
Müsabiqənin ən gənc iştirakçısı olan Kaitlyn bu mükafata kürən dələni çəkə bildiyinə görə layiq görülüb.
"Mən təbiəti sevirəm və valideyinlərimlə təbiət səyahətlərinə çıxmaqdan ləzzət alıram", - Kaitlyn mükafatı alarkən deyib.
Münsiflər heyəti qeyd edib ki, Kaitlyn-in çəkdiyi şəkillərdə kompozisiya və işıq balansı qaydaları yüksək dəqiqliklə təmin edilib.
Bütün şəkillər müəlliflik hüququ ilə qorunur.