Britaniya ordusunun rəhbəri: Rusiya "İD-dən daha çox təhlükəlidir"

Prezident Putin Salisbury-də kimyəvi silah tətbiq edilməsində Rusiyanın əli oluduğu barədə itihamları rədd edir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Prezident Putin Salisbury-də kimyəvi silah tətbiq edilməsində Rusiyanın əli oluduğu barədə itihamları rədd edir.

Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri, general Mark Carleton-Smith bildirib ki, özünü İslam Dövləti adlandıran və ya Əl-Qaidə kimi islamçı qruplarla müqayisədə Rusiya Britaniya və onun müttəfiqlərinin təhlükəsizliyinə daha böyük təhlükə kəsb edir.

Daily Telegraph qəzetinə verdiyi müsahibədə General Carlton-Smith, Birləşmiş Krallığın Rus təhdidi ilə əlaqədar qürur duymağı qadağan etmədiyini söylədi.

"Ruslar aşkar etdikləri hər bir zəiflikdən istifadə çalışırlar", - general Carleton-Smith Daily Telegraph qəzetinə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, Rusiya təhlükəsilə bağlı olan məsələlərdə Britaniya arxayınçılıq hissinin üstün gəlməsinə yol verə bilməz.

Rəsmi London Rusiyanı Britaniyada yaşayan keçmiş Rusiya kəşfiyyatının zabiti Sergey Skripal və onun qızı Juliya Skripalı Salisbury şəhərində kimyəvi silah vasitəsilə qətlə yetirməyə cəhd göstərməkdə və bir sıra kiber hücumlarda ittiham edir.

Bu ilin əvvəlində Britaniyanın Müdafiə naziri Gavin Williamson Rusiyanın Britaniya üçün təhlükə mənbəyi olduğunu bildirmişdi.

Rusiya Skripalların zəhərlənməsində hər hansı bir iştirakı barədə ittihamları rədd edir, kiber hücumların təşkil olunması barədə iddiaları isə uydurma adlandırıb.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Rusiyanın Londondakı səfirliyi general Carleton-Smith-in sözlərinə Twitter vasitəsilə istehza ilə dolu bir cavab verib: "Ordu komandanını İŞİD narahat etmir? Dahiyana bir strateji yanaşmadır!"

General Mark Carleton-Smith İraq və Əfqanıstanda xidmət çəkib

Şəklin mənbəyi, Crown Copyright 2016

Şəklin alt yazısı, General Mark Carleton-Smith İraq və Əfqanıstanda xidmət çəkib

Eyni zamanda Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin bəyan edib ki, Britaniya Rusiyaya qarşı informasiya müharibəsi aparır.