Erdoğanın Almaniyadakı qızıl heykəli götürülüb

Bystanders look at a gold statue of Turkish President Recep Tayyip Erdogan in the city of Wiesbaden's Square of German Unity

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Türkiyə prezidenti Erdoğanın qızıl heykəli Almaniyanın Visbaden şəhərində mübahisələrə səbəb olub.

Almaniyanın Visbaden şəhəri Türkiyə prezidenti Erdoğanın 4 metr hündürlükdə olan qızıl heykəlini yığışdırıb. Heykəlin üzərinə "Türk Hitleri" sözləri yazılıb.

Heykəl Visbaden şəhərində keçirilən incəsənət festivalı çərçivəsində quraşdırılmışdı.

Təşkilatçılar heykəlin bu ilin mövzusu - "pis xəbər"lə bağlı müzakirələrə səbəb olacağına ümid edirdilər.

Əvəzində isə o, cənab Erdoğanın müdafiəçiləri ilə tənqidçiləri arasında münaqişə yaradıb. Heykəli çərşənbə axşamı gününün gecəsi götürüblər.

Şəhər şürasının rəhbəri Oliver Franz Wiesbadener Kurier qəzetinə bildirib ki, qəzəbli sözlər daha sonradan fiziki çəkişmələrə gətirib çıxarıb.

"Şəhərdə təhlükəsizliyi təmin etmək üçün heykəlin götürülməsinə qərar verilib", şəhər hakimiyyəti tvitləyib.

Firefighters lift the golden statue using a crane under cover of darkness

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Heykəli gecə vaxtı yanğınsöndürənlər götürüb