Lenin, Franko, Atatürk: Başqa kimlərin cəsədləri mumiyalanıb?

Şəklin mənbəyi, AFP
İspaniya hökuməti hakimiyyət daxilində onilliklərlə davam edən mübahisələrdən sonra İspaniya vətəndaş müharibsəndən sonra ölkənin ilk lideri Fransisko Frankonun qəbrinin yerini dəyişməyə qərar verib. Hazırda bu qərarın təsdiq edilib-edilməməsi sualı parlament tərəfindən müzakirə edilir.
Bəs dünyada cəsədləri mumiyalanmış digər siyasi liderlər kimlərdir?
İspaniyanın Baş naziri Pedro Sançez deyib ki, Fransisko Frankonun cəsədinin yerinin dəyişdirilməsi ispanları tarixləri ilə bağlı narazıq və mübahisələrdən azad etməkdə kömək edəcək.
Frankonun cəsədi hazırda 1936-39-cu illərin İspaniya vətəndaş müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş "Valle de los Caídos" (Həlak Olanların Vadisi) abidəsində saxlanır.
Burada vətəndaş müharibəsinin hər iki tərəfində döyüşən 34 mindən çox insanın məzarı var.
Hökumətin qərarı təsdiqlənib icra olunduğu halda cəsədi məqbərədə saxlanan son siyasi lider Lenin olacaq. Onun məqbərəsi Moskvanın Qırmızı meydanında yerləşir.

Şəklin mənbəyi, Nikolai Galkin/TASS
Bəs vəfat etmiş digər siyasi liderlər necə dəfn olunub?

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, Pyotr Kovalev/TASS
Çində iki siyasi liderin məqbərəsi var. Onların biri Mao Zedonga, digəri isə 1925-ci ildə vəfat etmiş Çin demokratik inqilabının lideri Sun Yatsenə məxsusdur.

Şəklin mənbəyi, TASS
Vyetnamda da keçmiş inqilabçı lider Xo Şi Minin məqbərəsi var. Vyetnamın ilk prezidenti olmuş Ho Şi Minin məqbərəsi ölkənin paytaxtı Hanoyun Ba Dinh meydanındadır.

Şəklin mənbəyi, Anatoly Strunin/TASS






