Oxumaq əvəzinə kitabları dinləməyin üstünlüyü nədir?

A pair of headphones resting on an open book

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Dinləyin...

Bəşəriyyətin nağıl deməsinin uzun tarixi var - zaman dəyişdikcə, texnologiyalar inkişaf etdikcə əhvalatları danışmağın üsulları da dəyişib.

Əhvalatı oxumaqla onu dinləmək arasında elə bir ciddi fərq yoxdur - əsası, həmin əhvalatın məzmununu qavramaqdır, hansı yolla olursa olsun.

Kitabı dinləməyin 12 üstünlüyü.

1) Dinləyərkən başqa işləri də görmək olur

Woman running in a park, wearing headphones

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qaçanda qulaqcıqları da taxmaq olar

Kitabı dinləyə-dinləyə xeyli iş görmək mümükündür.

İdmanla məşğul ola bilərsiniz, misal üçün, parka gəzintiyə çıxa bilərsiniz.

2) Dinləyəndə əllər azad qalır

Elderly lady listening to a book in her headphones

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Audiokitab adama ağırlıq etmir

Audiokitabı dinləyərkən eyni zamanada idman etmək və ya mətbəxdə yemək də hazırlamaq mümkündür.

Kitabı əldə tutmaq, onu vərəqləmək misal üçün, yaşlı və fiziki məhdudiyyəti olanlara çətin gələ bilər.

Audiokitabı isə hamı əziyyətsiz dinləyə bilər.

3) Audiokitabları istedadlı ifaçılar oxuyur

Actor Benedict Cumberbatch in the Los Angeles, April 2018

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Benedict Cumberbatch-ın ifasında Kafkanın kitabını dinləmək istəyərdinizmi?

Bir çox kitabı aktyorlar oxuyur. Bu, kitabdakı məzmuna rəng qatır, səslənən mətni sanki, canlandırır və dinləyicinin həmin kitaba marağını gücləndirir.

4) Səyahətin uzun olduğunu hiss etdirmir

A boy and a girl, on a train, listening to headphones

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kitab oxuyanda vaxt sanki, uçur

Diqqətimizi maraqlı kitaba verəndə, digər məsələlər sanki unudulur.

Uzun səyahət üzücü və darıxdırıcı ola bilər, lakin maraqlı kitabı dinləməklə səyahət vaxtının necə keşdiyini hiss etməmək də mümkündür.

5) Tənhalığı unutdurur

A young woman listening to an audio book, sitting on a pile of books

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kitab qəhrımanı ilə xəyalən söhbətləşmizsinizmi?

Maraqlı audiokitab tənhalıq hissini unutmağa kömək edə bilər.

Audiokitabın dinlənilməsi, otağında kiminsə sənə əhvalat danışmasına və ya kitab oxumasına bənzəyir.

6) Səni başqa bir aləmə köçürür

A young man listening to his headphones during the commute

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bu gənc audiokitabı nəqliyyatda dinləyir

Nəqliyyatda hər gün işə və ya dərsə gedib-gəlmək sizi bezdirir?

Audiokitabı dinləməklə siz özünüzü xəyalən başqa bir aləmə köçürə bilərsiniz.

Misal üçün, metro qatarında gedə-gedə özünüzü cəngəlliyin ortasında kimi hiss edə bilərsiniz.

7) Darıxdırıcı məsələləri maraqlı edir

Humorous image of a man ironing, listening and roller skating, all at the same time

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Audiokitabı paltar ütüləyərkən də dinləmək mümkündür.

Darıxdırıcı işlərdən qaçmaq mümükün deyil - onları da kimsə görməlidir.

Lakin qab yumağı, evin təmizlənməsini, yır-yığışı, paltar ütüləməyi və bu kimi digər işləri görərkən, eyni zamanda audiokitabı da dinləyirsinizsə, o zaman vaxtın necə keçdiyini hiss etməzsiniz, iş isə daha maraqlı görünər.

8) Oxumaqda çətinlik çəkənlər üçün sərfəlidir

A little girl looking at an open book, with an unhappy expression on her face

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Oxumaq çətin olanda, kitabdan ləzzət almaq olmur

Oxumaq çətnliyinə səbəb olan disleksiya sindromuna uşaqlar və böyüklər tutula bilər. Bu zaman audiokitab belə insanlar üçün hədsiz-hüdudsuz kitab aləminə yol açmış olur.

Audiokitab görmə qabiliyyətini itirmiş və ya məhdud olan insanlara kitablardan həzz almaq imkanı verir.

2010-cu ildə Finlandiyada Jyväskylä universiteti tərəfindən aparılmış tədqiqata əsasən, audiokitabın dinlənilməsi musiqi dinləməyə bənzəyir və beyinin yaddaş, nitq və əhval-ruhiyyə ilə əlaqəli zonalarını stimullaşdırır.

9) Audiokitabı başqaları ilə birlikdə dinləmək mümükündür

father and daughter listening together

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Audiokitabı bir yerdə dinləyib müzakirə etmək olar.

Kitab klubları populyar olsa da, kitabı oxuyub təəssüratları kiminləsə bölüşmək asan iş deyil.

Audiokitabı eyni zamanda bir neçə insan dinləyib, onlarda həmin kitabdan yaranan təəssüratları bölüşə bilərlər.

Audiokitablar nəsillər arasında körpülərin qurulmasına da yarayır: uşaqlar kitabı valideyinlərilə birgə dinləyə və müzakirə edə bilərlər, eləcə də övlad ahıl yaşında olan valideyininə kitabı dinləməkdə yardımçı ola bilər.

10) Yuxusuzluğa kömək

A woman who has fallen asleep listening to an audio book

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Audiokitap yuxuluqsuzluqdan əziyyət çəkənlərə yuxuya getməyə kömək edir.

Yaxşı yuxu hamı üçün vacibdir. Yuxusuzluq yorğunluğa, narahatlıq hissinin yaranmasına və depressiyaya səbəb ola bilər.

Bir çox istifadəçilər öz bloqlarında yuxusuzluqdan əziyyət çəkənlərin karına audiokitabların necə gəldiyindən yazır.

11) Bizə uşaqlıq dövrümüzu xatırladır

two girls sharing stories by a fire

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Əhvalat danışmaq vərdişi uşaqlıq dövründən başlayır

Uşaqlıqda nağılları dinləməyiniz yadınızdadır?

İlk dəfə insan nitqi və nağılı uşaq olarkən, nənəsi-babası, ata-anası və müəllimlərindən eşidir.

Bu baxımdan, audiokitab onu dinləyən insanda nostalji hissləri oyada bilər.

12) Onları pulsuz əldə etmək mümkündür

Old black and white photo of a mobile library, New York Public Library.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Keçmiş dövrlərdən fərqli olaraq, müasir kitabxanalarda kitablarla bərabər, çox vaxt, onların audiversiyaları da təklif olunur.

Bəzi ölkələrdə rəqəmsal kitabxanalar istifadəçilərə çox vaxt pulsuz audiokitablar təklif edir. Onları onlayn və ya qonşuluqdakı kitabxanalardan əldə etmək mümkündür.

Yerli kitabxanalardan adi kitablarla yanaşı onların audiokitab variantını da əldə etmək mümkündür.

BBC-nin də onlayn audiokitabları var, onlar vaxtaşırı yenilənir, kitab mətnlərini isə istedadlı ifaçılar oxuyur.