Tropik adalarda siçovulların məhvi mərcan riflərini qoruya bilər

Siçovullar dəniz quşlarının qoyduğu yumurtaları və cücələri yeyir

Şəklin mənbəyi, SPL

Şəklin alt yazısı, Siçovullar dəniz quşlarının qoyduğu yumurtaları və cücələri yeyir

Siçovulları mərcan rifləri lə əlaqələndirmək adamın ağlına gəlməz.

Lakin tropik adalar ətrafındakı mərcan riflərini öyrənən alimlərin söylədiyinə görə, siçovullar mərcan riflərinin ekosistemi üçün birbaşa təhlükə yaradır.

Hindistan okeanında yerləşən Chagos adalarında aparılmış elmi müşahidələrə əsasən, siçovulların mərcan rifləri üçün "ciddi problemə" çevrildiyi aşkar edilib.

Belə ki, siçovullar adadakı quşlar populyasiyasının axırına çıxır, nəticədə isə adanın üzərinə çökən quş peyninin həcmi azalır.

Quş peyini isə mərcan riflərini qidalandıran təbii gübrə rolunu oynayır.

Aparılmış tədqiqat işlərindən sonra alimlər mərcan rifləri ekosistemini qorumaq məqsədiylə adaların hamısının siçovullardan təmizlənməsinə tərəfdar çıxıblar.

mərcan rifi

Şəklin mənbəyi, Nick Graham

Siçovullar mərcan riflərinə necə zərər vurur?

Chagos arxipelaqı irimiqyaslı təbiət laboratoriyasına bənzəyir; adada insanlar yaşamasa da, adalardan bəzilərinə gəmilərdə və ya gəmi qalıqlarında buralara gəlib çıxmış siçovullar məskunlaşıb.

Beləliklə, arxipelaq adalarının bir qismi siçovullarla dolu, digər qismi isə siçovullardan azaddır.

"Siçovullu və siçovulsuz adalar tabaşirlə pendir kimi bir-birindən fərqlənir," - Lancaster Universitetinin professoru Nick Graham deyir.

"Siçovul omayan adalar quşlarla dolu olur, həmin adalardan quş peyni iyi gəlir, - alim qeyd edir. - Siçovullu adalarda isə quş, demək olar ki, yoxdur".

Quşların axırına çıxmaqla, siçovullar mərcan riflərinin sağlam ekosistemini dağıdıraq məhv edirlər.

Həmin ekosistemin sağlamlığı isə quş peyni hesabına təmin olunur, çünki quşların adanın üzərinə saldığı peyin suya axaraq son nəticədə ətrafdakı mərcan riflərini qübrələyir, professor Graham deyib.

Professorun sözlərinə görə, siçovulların yayıldığı adalarla müqayisədə, siçovullardan azad olan, "quşların yaşadığı adalar ətrafındakı riflərdə balıqlar da daha sürətlə böyüyür və artır, bu balıqların ölçüsü və çəkisi də böyük olur".

Siçovullardan azad olan adalar ətrafında balıqların sayı da daha çox olur.

Bu, niyə vacibdir?

Mərcan rifləri okean sahəsi ərazisinin mində birindən çox olmayan sahəni tutsa da, okeandakı biomüxtəlifliyin təxminən üçdə biri məhz mərcan riflərinin payına düşür.

"Mərcan riflərinə görə okeanın biloji müxtəfliyi, okeandakı balıqlar da təhlükə altına düşür," - professor Graham qeyd edib.

Mərcan rifləri üçün qlobal təhlükə iqlim dəyişkliyi nəticəsində yaranıb

Şəklin mənbəyi, Nick Graham

Şəklin alt yazısı, Mərcan rifləri üçün qlobal təhlükə iqlim dəyişkliyi nəticəsində yaranıb

Mərcan rifləri və həmin riflər ətrafında mövcud olan dəniz canlılarının biomüxtəlifliyi dünya boyu milyonlarla insanın yaşayışını təmin etməkdədir.

Odur ki, mərcan riflərinin yoxa çıxması humanitar böhrana gətirib çıxara bilər.

Professor Graham-ın sözlərinə görə, mərcan rifləri üçün qlobal təhlükə iqlim dəyişkliyi nəticəsində yaransa da, riflərin ömrünün uzadılmasına kömək edən hər bir imkandan istifadə etmək vacibdir.

Bu şəraitdə bütün adaların siçovullardan təmizlənməsini konkret strategiya sayan alimlər bu tədbiri dəstəkləyirlər.

Onlar qeyd edir ki, siçovulların məhvi quşların sayınının artması və nəticədə mərcan riflərinin qidalanmasının güclənməsinə səbəb olmalıdır.

Videonun alt yazısı, Alimlər mərcan riflərini çənlərdə böyüdür