Böyük Sədd rifi: Rifin üçdə ikisi "ölə bilər"

A diver inspects bleaching on the Great Barrier Reef

Şəklin mənbəyi, ARC Centre of Excellence for Coral Reef Studies

Şəklin alt yazısı, Mərcan poliplərinin ağardılması onlara rənglərinin verən yosunların uzaqlaşdırılması səbəbilə baş verir

Avstraliyanın Böyük Sədd rifində yaşayan mərcan poliplərinin illərlə ardıcıl ağardılması "görünməmiş həddədir", hava müşahidələri göstərib.

Ağardılmanın və ya yosun itkisinin, rifin 1500 kilometrlik hissəsinə təsiri olub, alimlər bildirir.

Bu il müşahidə edilmiş ağardılma rifin mərkəzi hissəsinə təsir edib. Keçən ilin ağardılması rifin şimalında baş verib.

Ekspertlər deyir ki, iki ağardılma hadisəsinin ardıcıl illərdə baş verməsi mərcan poliplərinin bərpa edilməsinə imkan verməyəcək.

A graphic showing damage to the Great Barrier Reef in 2016 and 2017

Şəklin mənbəyi, ARC Centre of Excellence for Coral Reef Studies

Şəklin alt yazısı, Alimlərin xəritəsi Böyük Sədd rifində mərcan poliplərinin ağardılmasını qırmızı rənqlə göstərir

Mərcan poliplərinin ağardılması iki təbii isti dəniz cərəyanının su temperaturunu artırdığına görə baş verir.

Lakin bu proses insanlar tərəfindən yarandılmış iqlim dəyişikliyi nəticəsində pisləşib. Yer kürəsinin istiləşməsinin 93 faizi okeanlara köçürülür.

Ağardılma, mərcan poliplərinin onlara rənglərini verən zooxanthellae adlı yosunları özlərindən uzaqlaşdıranda baş verir. Ağardılmadan sonra mərcan poliplərinin bərpası onillər çəkir və davamlı təzyiq altında onlar ölə bilərlər.