Məşhur hicab dizayneri fırıldaqçılığa görə həbs edilib

Şəklin mənbəyi, Getty Images
New York Moda Həftəsi tairxinə öz hicab geyimləri ilə imza atmış aparıcı modelyer-dizayenr Anniesa Hasibuan 18 illik həbs cəzası alıb. O, fırıldaqçılıqda günahlandırılıb.
İndoneziyalı dizayner Anniesa Hasibuan və əri Andika Surachman səyahət agentliyi vasitəsilə adamları aldatmaqda günahkar bilinir.
İttihama görə, onlar Məkkə ziyarəti üçün 60 milyon dollardan çox pul alıblar, amma heç bir ziyarət təşkil olunmayıb.
Hasibuan lüks dizaynlarına görə İslam modasının aparıcı modelyeri kimi təqdim olunur.

Şəklin mənbəyi, Getty Images
Onun işləri London, İstanbul, Kann moda tədbirlərində nümayiş olunub.



