Şəkillərdə: Səudiyyə Ərəbistanında qadınlar üçün xüsusi moda həftəsi

Şəklin mənbəyi, AFP
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammed bin Salman yeni və müasir bir mədəni çağ gətirmək hədəfinə addım-addım irəliləyir.
Paytaxt Riyaddakı lüks Ritz-Carlton otelində keçirilən Səudiyyə moda həftəsi də bu sosial islahatların bir parçası olub.
New York, Paris və Milandakı moda həftələrindən fərqli olaraq Riyadda 10-14 aprel tarixləri arasında baş tutan dəfilələrə yalnız qadın izləyicilər qatıla bilib.

Şəklin mənbəyi, AFP
Moda həftəsinin keçirildiyi Ritz-Carlton oteli bir neçə ay öncə korrupsiyada günahlandırılıb həbs olunan Səudiyyə şahzadələrinin və yüksək rütbəli məmurların saxlandığı yer olub.
Bu dəfə Səudiyyə dizaynerləri, avropalı moda ekspertləri və qadınlar otelin qızılı bəzədilmiş dəhlizlərində söhbət ediblər.

Şəklin mənbəyi, Reuters
Jean Paul Gaultier ve Roberto Cavallinin də daxil olduğu dünyaca məşhur brendlərin nümayiş olunduğu tədbirə Braziliya, Livan, Rusiya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən dizaynerlər gəlib.
New York Times qəzetinə danışan bir Səudiyyə mütəxəssisi "qadınlar illərdir parlayacaqları anı gözləyirlər" deyib.

Şəklin mənbəyi, Reuters
Moda həftəsinin keçirilməsi keçən aya planlaşdırılsa da, xarici jurnalistlərin, moda mütəxəssislərinin və ticarətçilərin viza müraciətlərinin gecikməsi səbəbindən tədbir aprel ayına keçirilib.

Şəklin mənbəyi, AFP
Tədbirin təqdimatında kişilər və kameraların olmasına icazə verilib, amma dəfilələrə yalnız qadınlar qatılıb.
Çöldə şəkil çəkdirmək və sosial mediada paylaşım etməyə qadağa qoyulub. Kişi dizaynerlər dəfilələrdən əvvəl də səhnə arxasına buraxılmayıb.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram

Şəklin mənbəyi, Reuters
Hətta Ərəb Moda Birliyi rəhbəri Jacob Abrian ilk dəfə təşkil etdiyi moda həftəsini gözləri ilə görmədiyini deyib.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AFP
Səudiyyə Ərəbistanındakı bu moda həftəsi ölkənin tarixində bir ilkdir və bundan iki il əvvəl bunu heç xəyal da etmək olmazdı.
Neftə əsaslanan ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün iqtisadi islahatlar ilə sosial islahatlar həyata keçirəcəyini deyən Muhammed bin Salman isə son dövrdə qadınlar üçün çoxsaylı dəyişikliklər edib.

Şəklin mənbəyi, AFP
Səudiyyə Ərəbistanı qadınlara iyun ayında avtomobil sürmək, yanvar ayında isə futbol oyunlarını izləmək icazəsini verib.
18 apreldə 35 il sonra ilk dəfə qadınlar və kişilərin bir yerdə otura biləcəyi kinoteatr açılacaq.
Qadınların orduda xidmət keçməsi üçün də müraciət müddəti başlayıb.

Şəklin mənbəyi, AFP
Bu inkişafa baxmayaraq, insan haqları qrupları Səudiyyə Ərəbistanının ayrı-seçkiliyə əsaslanan kişi qəyyumluq sisteminin hələ də qalmaqda olduğunu qeyd edir.
Qəyyumluq sisteminə görə, yetkin qadınlar qəyyumlarından yola çıxmaq, evlənmək, işləmək, sağlamlıq xidmətlərindən faydalanmaq və həbsxanadan çıxmaq üçün icazə almalıdırlar.





























