İran nüvə sazişi: Trump ABŞ-ı Avropalı müttəfiqlərilə birgə imzaladığı sazişdən çıxaracaq

President Trump in the White House, announcing he will withdraw the US from the nuclear deal with Iran

Şəklin mənbəyi, AFP/ Getty Images

ABŞ prezidenti Donald Trump sələfi Barack Obamanın İranla razılaşdığı nüvə sazişindən çıxaracağını bildirib.

Sazişi "çürüyən və xarab" adlandıraraq, o, razılığı "bir vətəndaş olaraq" özünə "xəcalətverici" olduğunu deyib.

Avropalı mütttəfiqlərinin tövsiyələrinə məhəl qoymayaraq, o, sazişin 2015-ci ildə imzalanmasından sonra İrana qarşı dondurulan iqtisadi sanksiyaların yenidən tətbiq ediləcəyini qeyd edib.

Buna cavab olaraq İran nüvə enerjisi və nüvə silahlarının istehsalında əsas mərhələlərindən biri olan urna zənginləşdirmə prosesinə bir daha başlayacağını bəyan edib.

İranın prezidenti Həsən Ruhani deyib: "ABŞ öz öhdəliklərinə hörmət etmədiyini bəyan edib."

"Mən İran Atom Enerjisi Təşkilatına əmr vermişəm ki, lazım olduğu halda hərəkət hazır olsunlar. Əgər lazım olsa biz yenidən zənginləşdirmə prosesinə sənaye səviyyəsində və heç bir məhdudiyyət olmadan başlaya bilərik."

O, əvvəla "bir neçə həftə" gözləyərək müttəfiqləri və sazişi imzalayan digər ölkələrlə söhbət edəcəyini qeyd edib.

"Əgər biz sazişin hədəflərini sazişə üzv olan digər ölkələrlə əldə edə bilsək, o qüvvədə qalacaq," prezident Ruhani əlavə edib.

Birgə Hərtərəfli Hərəkət Planı (Joint Comprehensive Plan of Action) adlı saziş İranın nüvə sənayesində fəaliyyətinin məhdudlaşdıraraq əvəzində İrana qarşı Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ və Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyaları dondurub.

Men work inside an uranium conversion facility in Isfahan, Iran (30 March 2005)

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Sanksiyaların qaldırılması üçün İran nüvə sənayesində fəaliyyətini kəskin şəkildə məhdudlaşdırıb

Cənab Trump bu qərarından əvvəl sazişin İranın nüvə fəaliyyətini sadəcə bir müddətə məhdudlaşdırdığından şikayətlənərəq, İranın ballistik raket texnologiyasının inkişafının qarşısını almadğını qeyd edib.

O, sazişin İrana 100 milyard ABŞ dolları dəyərində xeyri olduğunu deyib və İranı bu pulu Yaxən Şərqdə "silah, terror və zülmə" xərcləmkəkdə təqsirləndirib.

"Mənə aydındır ki, biz bu çürüyən və xarab sazişin çərçivəsində İranın nüvə silahı əldə etməsinin qarşısını ala bilməyəcəyik", cənab Trump deyib.

"İranı sazişi kökünəcən qüsurludur."

Sazişi imzalayan sabiq ABŞ prezidenti Barack Obama Donald Trump-ın bəyanatının "səhv" olduğunu deyib.

Sanksiyalar nə vaxtan başlaya bilər?

ABŞ maliyyə nazirliyi iqtisadi sanksiyaların dərhal tətbiq olunmayacağını deyib. Nazirlik sanskiyaların 90 və 180 günlük müddətlərdən sonra tətbiq ediləcəyini bildirib.

Nazirliyin rəsmi saytında dərc olunan bəyanatda qeyd edilir ki, İranın 2015-ci ildə imzalan sazişdə adları çəkilən sənayələri bir daha sanksiyalarla üzlşəcək.

İranın neft, təyyarə və helikopter ixracı, qiymətli metallar bazarları bir daha sanksiyalarla üzləşəcək və həmçinin hökumətin ABŞ dolları valyutasını almaq qabiliyyəti məhdudlaşacaq, bəyanatda bildirilir.

Xəbərlərə görə, ABŞ-ın Milli Təhlükəsizlik üzrə Məsləhətçisi John Bolton bildirib ki, altı ay ərzində İranla bütün biznes əlaqələrini yekunlaşdırmayan Avropa şirkətlərinə qarşı ABŞ sanksiyaları tətbiq olunacaq.