Trump-ın İranla bağlı son sözü deməyə mayın 12-nə kimi vaxtı var

Donald Trump

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Trump-ın Iranla bağlı son sözü deməyə mayın 12-nə kimi vaxtı var

BBC-yə danışan BMT-nin baş katibi Antonio Guterres deyib ki, 2015-ci ildə əldə olunan razılıq saxlanılmasaydı, real müharibə riski var idi.

Cənab Trump İranın sanksiyaların qaldırılması qarşılığında nüvə proqramını məhdudlaşdırmaq razılığının güclü tənqidçisi olub.

ABŞ prezidenti bu razılığın saxlanıb-saxlanmaması barədə 12 maya qədər qərar verə bilər.

Cənab Guterres deyir ki, İranla razılıq "mühüm diplomatik qələbə" idi və qüvvədə saxlanmalıdır.

"Biz yaxşı alternativ olana qədər bunu pozmamalıyıq", - deyə o əlavə edib: "Biz təhlükəli zamanlarla üzləşirik".

İsrailin "gizli nüvə faylları" aşkarlamasından və İranı nüvə silahlarını gizlətməkdə ittiham etməsindən bir neçə gün sonra BMT bu çağırışı edir.

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, fayllar Obama zamanındakı nüvə razılığının "yalan üzərində" qurulduğunu sübut edib.

Avropalı müttəfiqlər Fransa, Böyük Britaniya və Almaniya İranla nüvə razılaşmasının nüvə silahlarının inkişaf etdirilməsinin qarşısını almaq üçün ən yaxşı yol olması ilə razılaşır.

İran razılaşması nədir?

2015-ci ildə Tehran ABŞ, Çin, Rusiya, Almaniya, Fransa və Britaniya ilə sanksiyaların qaldırılması qarşılığında nüvə proqramını məhdudlaşdırmaqla bağlı razılığa gəlmişdi.

Trump razılaşmada nəyə qarşı çıxır?

Cənab Trump tez-tez "ağlasığmaz razılıq" kimi təsvir etdiyi müqaviləyə müxalif olduğunu bildirirdi və bunu "ən pis" razılıq adlandırırdı.

O, razılığa imza atan Avropa tərəflərinin və Konqresin narahatlığınıı bildirməyəcəyi halda ABŞ-ın mayın 12-də sanksiyaların ləğv edilməsi üçün son tarix - tamamilə geri çəkəcəyi xəbərdarlığını edib.

Trump əldə olunan razılığın İranın nüvə fəaliyyətini məhdudlaşdırmağı ancaq müəyyən müddət üçün nəzərdə tutması və ballistik raketlərin təkmilləşdirilməsinin qarşısını ala bilmədiyi üçün narazıdır.

İran prezidenti Həsən Ruhani və Fransanın onun ölkəsi ilə əldə olan nüvə razılığının dəyişdirilmə cəhdlərinin legitimliyini sorğulayıb.

Cənab Ruhani deyib ki, Trump-ın yeddi tərəfin gəldiyi razılığı yenidən müzakirə etmək "hüququ" yoxdur.