ABŞ-ın keçmiş Birinci xanımı Barbara Bush 92 yaşında vəfat edib

Barbara Bush

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Barbara Bush sağlığında həm əri, həm də oğlu ABŞ prezidentləri olmuş yeganə qadındır.

ABŞ-ın sabiq Birinci xanımı, prezidentlər - ata Buşun arvadı və oğul Buşun anası, Barbara Bush 92 yaşında vəfat edib.

Barbara Bush ABŞ-da əhalinin savadının artırılması kampaniyasının təşəbbüskarı kimi də tanınırdı.

O, ABŞ-ın iki prezidenti - əri George HW Bush və oğlu George W Bush-un yaratdıqları siyasi sülaləsinin matriarxat fiquru sayılıb.

Barbara Bush with son George W Bush

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Barbara Bush oğlu George W Bush ilə burada 2005-ci ildə çəkilib.

1989-1993-cü illərdə Birinci ledi olmuş Barbara Bush son zamanlar xəstəlikdən əziyyət çəkib.

O, bu yaxınlarda tibbi müalicəsinin davam etdirilməsindən imtina etmişdi.

Barbara Bush-un 93 yaşlı əri hazırda ən uzunömürlü ABŞ prezidenti sayılır.

George W. Bush is shown with his father, future President George Bush and mother, future first lady Barbara Bush in Rye, New York, in this file photo taken during the summer of 1955.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, George HW Bush və Barbara Bush-un ailə qurmalarının 73-cü ildönümü bu ilin yanvar ayında qeyd olunmuşdu.

Onların oğlu, George 2000-ci ildə prezident seçilib və ardıcıl olaraq ABŞ-ın 43-cü prezidenti kimi bu vəzifədə 2 müddət qalıb.

Ata Bush - ABŞ-ın 41-ci prezidenti George HW Bush Parkinson xəstəliyindən əziyyət çəkir və əlil arabasından istifadə edir.

George HW Bush and First Lady Barbara Bush arrive at a dinner at the British Embassy with Queen Elizabeth II and her husband, Prince Philip in Washington, DC

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Burada Barbara Buş Birinci xanım qismində əri George HW Bush ilə Ağ Evdə Britaniya kralişası Elizabeth II və onun əri şahzadə Philip ilə görüşərkən təsvir olunub.

Bu yaxınlarda bildirilmişdi ki, Barbara Bush müalicəsini davam etdirməkdən imtina edib.

Lakin bəyanatda onun xəstəliyin nə olduğu bildirilməmişdi.

Barbara Bush müalicənin davam etdirilməsindən boyun qaçırmasını axır günlərini ailəsilə "rahatlıq şəraitində" keçirmək arzusu ilə izah edib.

Barbara Bushun soyadı ərə gedənə qədər Pierce olub, o, McCall's jurnalının naşiri Marvin Pierce-in qızıdır.

Barbara Bush gestures during a photo shoot with celebrities at a party in Los Angeles, California, in this undated photo.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Barbara Bush bu şəkildəki olduğu kimi zarafat etməyi həmişə xoşlayıb.

New Yorkda böyüyən Barbara gələcək əri ilə 1941 -ci ildə Yeni il qonaqlığında tanış olmuşdu.

Bu ilin yanvar ayında onların nikahının 73-cü ildönümü qeyd olunmuşdu.

Onların 6 uşağı olub, Robin adlı 3 yaşlı qızları 1953-cü ildə leykemiyadan xəstəliyindən ölüb.

Barbara Bush əri və oğlu ABŞ prezidentləri olmuş iki qadından biridir və yeganə qadındır ki, həm ərinin, həm də oğlunun prezident qismində andiçmə mərasimlərinin şahidi olub.