Kraliçanın Milad mesajı: "Dinc və xoşbəxt Milad Bayramı arzu edirəm"

Şəklin mənbəyi, PA
Kraliça Milad Günü münasibətilə etdiyi nitqində bu il London və Mançesterdə terror hücumları zamanı ölənlərin xatirəsini yad edib.
O bildirib ki, bu ilin may ayında Mançester Arenaya hücumdan sağ çıxanlarla görüşmək "xüsusi" idi.
Monarx, həmçinin Grenfell Qalası yanğının qurbanlarını da yada salıb.
Toyunun 70-ci il dönümünü xatırdalan Kraliça Edinburq Hersoqunun dəstəyini yüksək qiymətləndirib.
"...bu videoya harada baxmağınızdan asılı olmayaraq, sizə dinc və xoşbəxt Milad Bayramı arzu edirəm", Kraliça sözlərini belə bitirib.
Bu il Kraliçanın çıxışı Buckingham Sarayının 1844-cü Otağında bir neçə gün öncə yazılıb.
Kral Ailəsinin Milad ibadəti
Çıxışdan öncə, Kraliça ailəsi ilə birgə Norfolk malikanəsində keçirilən Milad Günü ibadətinə başçılıq edib.
Bu il ailə ibadətinə Şahzadə Harrinin nişanlısı Meghan Markle da qoşulub.
Cütlük Sandringham-dakı Müqəddəs Mariya Maqdalena Kilsəsinə Cambridge hersoqu və hersoginyası ilə birgə gəlib.
Kraliça ötən il güclü soyuqdəymə səbəbi ilə ibadətdə iştirak edə bilməmişdi.
Şahzadə Philip və Charles və Cornwall hersoginyası da digər ailə üzvləri ilə birgə tədbirə gəlib.
İbadətdən sonra, Xanım Markle da ailə ilə birgə səhər 5-dən bəri onları salamlamaq üçün açıq havada onları gözləyən sakinləri salamlayıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, PA

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, PA

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images
.





