George Soros Macarıstan hökumətinin ona "qara yaxdığnı" iddia edir

George Soros

Şəklin mənbəyi, Getty Images

86 yaşlı ABŞ-lı maliyyəçi milyarder George Soros bazar ertəsi günü Macarıstan hökumətinin ona qarşı kampaniyasını xaricdə düşmən quraşdırmaq üçün yaradılan "yalan və təhrif" adlandırıb, Reuters agentliyini bildirib.

Macarıstanda doğulan yəhudi maliyyəçi George Soros uzun illərdir ki, şərqi Avropada liberal və demokratik institutların inkişafını dəstəkləyir.

Lakin onun maliyyələşdirdiyi QHT-lər və təşkilatlar cənab Sorosu, Macarıstanın Baş naziri Viktor Orban daxil olmaqla, şərqi Avropada bir çox sağçı, mühafizəkar və milliyətçi siyasi partiyalarla üz-üzə qoyub.

line

Həmçinin oxuyun:

line

Viktor Orbanın 2018-ci ilin aprel ayında keçiriləcək parlament seçkilərinə hazırlaşan partiyası keçən ay seçicilərə göndərdiyi məktublarda George Soros-a istinad etdiyi yeddi sitatı paylaşıb.

Bu sitatlarda Geroge Soros-un guya Avropa İttifaqının hər il bir milyon qaçqını qəbul etməsini və onların hərəsinə minlərlə avro ödəməsini istədiyi qeyd olunur.

Cənab Soros-un Open Society Foundations (OSF) təşkilatı yaydığı bəyanatında, bu iddiaların "George Soros-un qaçqın və miqrantlar barədə mövqeləri barədə macarıstanlıları aldadmağa yönəlmiş təhrif və yalanlarla" dolu olduğu deyilir.

Viktor Orbanın Fidesz partiyası bu məktublardan başqa George Soros-un şəkli və onun səhnə arxasından Macarıstanı idarə etmək istədiyi iddiasını daşıyan plakatlardan da istfadə edib.

Bu plakatlar, cənab Orbanın Macarıstanda "etnik birnövlülüyün" qorunmasına çağırışları və İkinci Dünya Müharibəsində Nasist Almaniyası ilə əməkdaşlıq edən macar liderini tərifləməsi ona qarşı antisemitizm iddialarının səsləndirilməsinə səbəb olub.

Verdiyi bəyanatda OSF bu plakatları və cənab Orbanını miqrantların qəbuluna qarşı çıxışlarını nümunə göstərərək Macarıstan hökumətini "müsəlmanlara qarşı rəy yaratmaq" və " 1930-cu illəri xadırladan antisemitik məcazlardan istifadə" etməkdə təqsirləndirib.