Deyr əz-Zor döyüşləri: Suriya ordusu İD-nin "sonuncu istehkamını ələ keçirir"

Şəklin mənbəyi, AFP/Getty
Suriya ordusu özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın sonuncu iri istehkamı sayılan Deyr əz-Zor şəhərini nəzarət altına alıb, Suriyanın rəsmi mediası bildirir.
"Şəhər terrorçulardan tamamilə azad olunub", - Suriya dövlət televiziyası elan edib.
Başqa xəbərlərə əsasən ordu müttəfiq qruplarla birlikdə son müqavimət nöqtələrini təmizləyir.
İD Deyr əz-Zora 2014-cü ildən nəzarət edirdi.


Şəhər İraqla sərhədə yaxın mövqeyinə görə strateji əhəmiyyətə malikdir.
Londonda yerləşən müxalif yönlü Suriya İnsan Haqları Müşahidə qrupu Deyr əz-Zora hökumət qüvvələrinin daxil olduğunu təsdiqləyib.
Ötən ay ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələr (SDF) alyansı İD-nin qeyri- rəsmi paytaxtı sayılan Raqqa şəhərini nəzarət altına almışdı.


