Kariblərdə İrma qasırğası: iki ada yerlə yeksan olub

Videonun alt yazısı, St Martin

İrma qasırğası Karib hövzəsində binaları xarabalıqlara çevirməklə və azı on nəfərin ölümünə səbəb olmaqla genişmiqyaslı dağıntılara səbəb olub.

Barbuda adasının hazırda "yaşayışa az yararlı" olduğu deyilir. Rəsmilər Fransaya aid St Martin adasının tamamilə dağıldığını deyirlər.

Ən yüksək kateqoriya ilə qiymətləndirilmiş İrma Puerto-Rico-nun şimalından Dominikan Respublikasının şimalına keçib və Turks və Caicos adalarına tərəf gedir.

Bu, Kariblərdə son on ilin ən güclü qasırğası hesab olunur və sürəti saatda 285 kilometrə çatıb.

Dəymiş zərərin miqyası fövqəladədir və ölüm sayının artacağı da deyilir.

Flooding in Saint Martin, 6 September

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, St Martin-də su basmış küçələr

Bu arada, başqa iki tufan da qasırğaya çevriləcək qədər gücləndirib.

Qasırğa, güclü leysan və külək yaratdığından adanın üç milyon əhalisinin yarıdan çoxu enerjisiz qalıb. Rəsmiləri bildiriblər ki, bir neçə gün işıq olmaya bilər.

Qasırğa ilk olaraq Antigua Barbudaadalarını vurub. Barbuda-da bir uşaq ölüb, evlərin 95 faizi zərər görüb, baş nazir Gaston Browne deyib.

Police patrol the area as Hurricane Irma slams across islands in the northern Caribbean on Wednesday, in San Juan, Puerto Rico, 6 September

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Puerto Rico-dakı vəziyyət

"Ada demək olar ki, suyun altındadır", o, 1600 nəfərin yaşadığı adanın üzərindən uçarkən bildirib.

80 min nəfərin yaşadığı Antigua-da isə ölüm-itim halı olmayıb, rəsmilər qeyd edirlər.

Məlumata görə, St MartinSaint Barthélemy ərazilərində azı 6 nəfər ölüb.