İrma qasırğası: insanlar sığınacaq axtarır

Videonun alt yazısı, Nasa İrma qasırğasının videosunu yayıb

Karib adalarında son on ilin ən güclüsü hesab edilən İrma qasırğasından qorunmaq üçün hazırlıq işləri gedir.

Beşinci, mümkün ən yüksək kateqoriya ilə qiymətləndirilən qasırğanın sürəti saatda 295 km olacaq.

O hazırda Leeward adalarını vurmağa başlayıb, daha sonra Puerto Rico Dominican Respublikasına keçəcək.

ABŞ-da Florida ştatının Key West sahəsində məcburi təxliyə barədə göstəriş verilib.

Turistlər buranı çərşənbə günü səhəri, sakinlər isə həmin gün axşam ərazini tərk etməlidir.

Daha sonra beynəlxalq hava limanında bütün reyslər dayandırılacaq.

A man is seen pushing a large trolley containing shrink-wrapped packs of bottled water into a building where the doors and windows have been covered in corrugated iron, as bystanders look on.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Puerto Rico: sığınacağa su gətirilir

Fırtına yaxınlaşdıqca minlərlə insan risk rayonlarından təxliyə olunur. Sakinlər ərzaq, su və ilkin tələbat əşyaları üçün mağazalarına axışdığından bəzi yerlərdə artıq qıtlıq yaranıb.

Men cover the windows of a car parts store in preparation for Hurricane Irma in San Juan

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, San Juan: sakinlər hazırlıq işləri görür, dükanları bağlayır
A woman looks at empty shelves that are normally filled with bottles of water in a supermarket in San Juan, in Puerto Rico

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Puerto Rico: Bəzi yerlərdə mağazalar demək olar ki, boşdur