Cambridge hersoqu və hersoqinyası üçüncü körpəni gözləyirlər

Şəklin mənbəyi, Reuters
Cambridge hersoqu və hersoqinyası üçüncü körpəni gözlədiklərini bildirblər.
"Kraliça II Elizabeth və hər iki ailənin üzvləri bu xəbəri eşitməkdən məmnundurlar ", - deyə Kensington iqamətgahı tərəfindən yayımlanan məlumatda bildirilir.
Əvvəlki hamiləliklərdə olduğu kimi, hersoqinyanın erkən toksikozdan əziyyət çəkdiyinə görə, hamiləlik barədə bəyanat hamiləliyin ilk 12 həftəlsindən əvvəl verilib. Britaniyada qadınların əksəriyyəti ilk ultrasəs müayinəsindən hamiləliyin 12-ci həftəsində keçirlər.
Buna görə də Kate Londonda əvvəlcədən planlaşdırılan tədbirləri ləğv etməyə məcbur olub.
Hazırda o, Kensington iqamətgahındadır.

Şəklin mənbəyi, PA
Hamiləlikdə kəskin toksikoz zamanı həkimin əlavə yardım göstərməsinə ehtiyac ola bilər.
Təqribən hər 200 hamiləlikdən birində müşahidə olunan kəskin toksikozda ürək bulanması və qusma halları baş verir.
Bu vəziyyət halsızlığa və susuzluqla nəticələnə bilər.

Şəklin mənbəyi, PA
2012-ci ildə ilk hamiləliyi zamanı, Kate toksikozun ağır formasıyla qısa müddətə Londonun mərkəzində yerləşən Kral IV Edward xəstəxanasına yerləşdirlimişdi.
Elə həmin vaxt hersoq və hersoqinyanın körpə gözlədikləri elan edilmişdi.
İkinci hamiləlik barədə isə 2014-cü ilin sentyabrında məlumat verilib. O zaman Kate-ə iqamətgahda tibbi yardım göstərilmişdi.

Şəklin mənbəyi, PA
Hersoq və Hersoqinyanın iki uşağı var.
Onların ilki olan George-nin 4, qızları Charlotte-nin isə 2 yaşı var.
Yeni doğulan körpə şahzadə Charles, şahzadə William, şahzadə George və şahzadə Charlotte-dən sonra taxt-tac növbəsində 5-ci olacaq.
Yeni doğulan körpə kraliça II Elizabeth-in 6-cı nəticəsi olacaq.






