You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şəkillərdə: Midilli adasında zəlzələdən sonra xilasetmə işləri
Egey dənizində baş verən zəlzələ ən çox Yunanıstanın Midilli adasında hiss edilib, belə ki, burada binaların bəziləri qismən çöküb.
Bazar ertəsi günü yerli vaxtla saat 15:28-də, episentri İzmir şəhərinin Karaburun rayonundan 23 kilometr uzaqlıqda böyük bir zəlzələ baş verib.
Adanın Vrisa kəndində zəlzələdən sonra 10 nəfər xəstəxanaya yerləşdirilib. Sakinlərin əksəriyyəti gecəni çadırlarda keçirib.
Kandilli Rəsədxanası əvvəl zəlzələnin 6.3 bal, sonra isə 6.0 bal gücündə olduğunu bildirib. İlkin zəlzələdən sonra iki zəif zəlzələ də baş verib.
Vrisada xəsarət barədə Yunanıstan mediasına şərh verən bələdiyyə rəhbəri, deyib ki, kənd sanki "bombalar tərəfindən yerlə bir edilib".
Midilli bələdiyyə rəhbəri zəlzələ zamanı dağılan evlərin altında qalan bir qadının cəsədinin çıxarıldığını bildirib.
Ümumilikdə 10 nəfər xəstəxanalara yerləşdirilib.
Vrisa kəndində yaşayan 500 nəfər gecəni keçirmək üçün çadırlara və ya yaxınlıqda yerləşən otellərə yerləşdirilib.
Adanın mərkəzindən keçən yolun torpaq sürüşməsi nəticəsində zədələndiyi deyilir.
Mülki müdafiə komandalarının zəlzələdən sonra keçirdiyi xilasetmə tədbirlərində axtarış itləri də istifadə edilib.
Zəlzələ, Türkiyənin İzmir, İstanbul, Bursa, Balıkesir, Çanakkale, Eskişehir, Kütahya, Yalova, Edirne, Kırklareli, Tekirdağ, Manisa ve Aydın şəhərlərində hiss edilib.
Yunanistanın Baş naziri Alexis Tsipras, Midilli adasının əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün səylərin göstərildiyini deyib.