Qiyamçılar İD "paytaxtını" geri qaytarmağa başlayıb

Şəklin mənbəyi, Alamy
Suriyada ABŞ-ın dəstəklədiyi kürd və ərəb qüvvələri özünü İslam Dövləti adlandıran qrupun "paytaxtını"- Raqqanı geri qaytarmaq əməliyyatına başladıqlarını elan ediblər.
Bu barədə Suriya Demokratik Qüvvələrinin (SDQ) komandirləri Ayn İsa qəsəbəsində press konfransda bildiriblər ki, əməliyyat şənbə günü gecə başlanıb.
SDQ bildirib ki, ABŞ-ın havadan dəstəyi ilə hücumlar saatlar sonra başlayacaq.
ABŞ əməliyyatla bağlı hələlik heç bir açıqlama verməyib.

Şəklin mənbəyi, AFP
Onlar dinc əhaliyə İD qiyamçılarının olduqları ərazilərdən yayınmaq barədə xəbərdarlıq edib.
ABŞ, bundan əvvəl bu şəhəri geri qaytarmaq üçün əməliyyatlara başlanılacağını bildirmişdi.
