Nəqliyyatda öpüşmək: ədəbsizlik, yoxsa azadlıq?

kissing in public
Şəklin alt yazısı, İndi artıq Şərqdə də "ictimai öpüş" dəbə minib.

Bəli, indi hətta Qərbi Avropada da bu məsələ xeyli aktuallaşıb.

Məsələn, Avstriya paytaxtı Vyananın rəhbərliyi hesab edir ki, ictimai nəqliyyatda öpüşənlər başqalarına qarşı bir qədər sayğılı olmalıdırlar.

Lakin məhəbbətin açıq-açığına ifadəsi doğrudanmı ədəbsizlik sayılmalıdır? - deyə sual edir jurnalist Olivia Sorrel-Dejerine.

Məsələn, ictimai nəqliyyatda kəskin iyli yeməklərin yeyilməsi, ayaqların oturacaqlara qoyulmasının ədəbsizlik olduğu barədə artıq bir növ ictimai razılaşma var.

“Görməmiş kimi öpüşmək”

Avstriya paytaxtında ictimai nəqliyyatı idarə edən “Wiener Linien” şirkəti hesab edir ki, ictimai nəqliyyatda məhəbbətin ifrat nümayişi də ədəbsizlik sayılmalıdır.

Şirkətin ictimaiyyət üçün çəkilmiş bir məlumat filmində özünü yaxşı aparmayan – burnunu qurdalayan, itini nəzarətsiz qoyan və ya “Wiener Linien” şirkətinin sözçüsü xanım Anna Maria Reich demişkən, “görməmiş kimi öpüşən” sərnişinlərin nümünələri göstərilir.

Xanım Reich BBC-yə bildirib ki, ictimai nəqliyyat şəbəkəsində öpüşmək nə qadağandır, nə də buna hər hansı bir cərimə qoyulub. Bununla belə, şirkətin apardığı kampaniya sərnişinləri “sayğı ilə davranmağa” çağırır.

Nəqliyyatda öpüşmək belə bir şeydir ki, kiminsə xoşuna gələ bilər, kiminsə yox.

Kinoda olar, həyatda yox?

Dəmir yolu stansiyaları bir çox filmlərdə ən çılğın və ən qızğın öpüşlərin meydanı kimi göstərilir. Məsələn, 1945-ci ildə çəkilmiş “Qısa görüş” (Brief Encounter) filmi kimi.

Lakin iş də burasındadır ki, öpüşmə filmdə yox, real həyatda baş verəndə, o qədər də romantik təsir bağışlamır.

Etiket və protokol məsləhətçisi William Hanson deyir ki, ictimai yerlərdə kiminsə üzündən öpmək normaldır, lakin eyni sözü dodaq-dodağa, üstəlik də dil mübadiləsi ilə öpüşmək haqqında demək olmaz. Çünki bu o qədər intim bir aktdır ki…

“İctimai yerlərdə öpüşmək insanlar arasında vurğunluğu əks etdirən bu aktı tamamilə gözdən salır” – William Hanson deyir.

Lakin kimsə öz vurğunluğunu ictimai yerdə sərgiləməyi azadlığın ifadəsi kimi düşünə bilər.

2013-cü ilin may ayında səfər zamanı öpüşən bir cütün başına oyun açmış İstanbul metrosuna etiraz aksiyası kimi 100-dək insan metro stansiyasında öpüşmüşdü.

Səbri çatmayanlara məsləhət

Öpüşmək bir qayda olaraq Qərb mədəniyyətinə aid bir şey kimi qəbul edilir. Amma indi dünyanın başqa, bir vaxtlar belə bir hərəkətin heç ağla gələ bilməyəcəyi ölkələrində, məsələn Hindistanda gənc nəsil öz hisslərinin ifadəsi üçün getdikcə daha açıq formalar tapır.

“Lakin, - deyir Hanson, - elə azadlıqlar var ki, insanlar ondan başqalarına sayğı ilə istifadə etməlidirlər”.

Öpüşmək də bunlardan biridir.

Səbri çatmayanlar, qoy xəlvəti bir yer tapsınlar.

Oxucuların fikirləri

BBC Azərbaycanca sosial media istifadəçilərinə "Nəqliyyatda öpüşmək ədəbsizlikdirmi?" sualını verib. Bunu cavablayan bəsi şərhləri sizə təqdim edirik:

"Ədəb qaydalarını gözləmək lazımdır", <link type="page"><caption> Marta</caption><url href="https://twitter.com/Marta_AQ" platform="highweb"/></link> adlı Twitter istifadəçisi deyir.

"Tərbiyəsizlik başqasının haqqını yemək, zülm etmək, milləti qula çevirmək, danabaşlara idarəçilik verməkdir. və s.", <link type="page"><caption> İlham</caption><url href="https://twitter.com/Ilham_samedli" platform="highweb"/></link> adlı istifadəçi belə düşünür.

"Evindən başqa hər bir ictimai yerdə. Bu bizim adətdən və dindən uzaq rəzil bir ehkamdı", <link type="page"><caption> Sa.Ha</caption><url href="https://twitter.com/Sadi040" platform="highweb"/></link> yazır.

<link type="page"><caption> Elchin Majidov</caption><url href="https://www.facebook.com/eellcciinn" platform="highweb"/></link> düşünür ki, bu, "normal haldır".

"Mən bir ata kimi istəmirəm ki, kiçik yaşlı uşaqlarım bunun şahidi olsun, tərbiyələri pozular...", <link type="page"><caption> Igrar Aliyev</caption><url href="https://www.facebook.com/igrar.aliyev" platform="highweb"/></link> BBC Azərbaycancanın <link type="page"><caption> Facebook səhifəsində</caption><url href="https://www.facebook.com/BBCAzeri" platform="highweb"/></link> yazıb.

<link type="page"><caption> Nubar Novruzlu</caption><url href="https://www.facebook.com/nubar.novruzlu" platform="highweb"/></link>: "Daha nolub nə görməmişlikdiki......"

"Nəqliyyatda telefonla düz qulağıvın altında danışmaq bəs ədəbsizlik deyil?" <link type="page"><caption> Murad Safarli</caption><url href="https://www.facebook.com/murad.safarli.1" platform="highweb"/></link> sual edib.